Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Televiziya karyerasına son qoyan aparıcı:
Televiziya karyerasına son qoyan aparıcı:
Ana səhifə

Televiziya karyerasına son qoyan aparıcı: “Kütləvi mədəniyyətdə siz hər zaman məğlub olacaqsınız” - FOTO

Xpress.az Redaksiyası 16.02.2026 11:06

“Dəyərli media mənsubları, bizimlə bağlı son xəbəri 2 gündür gündəm etdiniz. Bu əlbəttə ki, bizə qarşı diqqətdən irəli gəlir. Çox sağ olun, minnətdarıq. Müsahibələrdən imtina etdiyimə görə inciməyin, lütfən. Nə deyə bilərdimsə status yazıb izah elədim. Bu, zəhmətimizin, yaradıcılığımızın nəhayət bir peşəkar olaraq özümüzün dəyərdən düşməməsi üçün atılmış addımdır. Həm də bu, AzTv-dən, “Mədəniyyət” kanalından gediş yox, televiziya karyerasından gedişdir”.

Xpress.az xəbər verir ki, bu barədə tanınmış teleaparıcı İlhamiyyə Rza sosial media hesabında bildirib.

O qeyd edib ki, Həmid Herisçi ilə birlikdə media fəaliyyəti bundan sonra fərqli platformada davam edəcək: “Televiziya nə qədər doğma olsa da internet imkanlarına uduzub artıq. Uduzmaya da bilərdi - sosial şəbəkələrdən daha maraqlı kontent hazırlamaqla, kütləvi mədəniyyətə qatılmamaqla, elitar, zövqlü efir məhsulları hazırlamaqla! Bu qədər imkan müqabilində nələr etmək olmazdı ki... Kütləvi mədəniyyətdə siz hər zaman məğlub olacaqsınız. Çünki kütləvi mədəniyyət daha rahat platformalara sahiblənib”.

Aparıcı vurğulayıb ki, kütləvi mədəniyyətin televiziyaya ehtiyacı yoxdur. Onun qənaətincə, sadəcə mədəniyyətdən uzaq fəaliyyətlərini legitimləşdirmək üçün televiziyalardan yararlanırlar: “Bəs siz niyə onlara möhtacsınız? Ədalət naminə deyim ki, Mədəniyyət kanalı bu mövzuda istisnadır. O da, öz profilinə görə başqa cür ola da bilməzdi. Uzun, əksəriyyətiniz üçün maraqsız mövzudur. Şənbə günü “Youtube” platformasında yerləşdirilmiş sonuncu verilişimizə 290 baxış, 17 bəyənmə, 1 şərh gəlib. Verilişin mövzusuna, keyfiyyətinə zərrə qədər şübhəm yox! Amma bu, o deməkdir ki, bu verilişə, bu mövzuya maraq yoxdur. Siz də deyirsiniz niyə getdiniz, meydanı kimlərə qoydunuz. Fikirlərimin təhrif edilməsi ehtimalını istisna etmək üçün əksəriyyətinizin verdiyi eyni suala da elə buradan cavab yazıram: bizim bu qərarımızın Mehriban Ələkbərzadə ilə heç bir əlaqəsi yoxdur”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək