Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə 2025-ci il üzrə ən fəal İctimai Şuralar -
2025-ci il üzrə ən fəal İctimai Şuralar -
Ana səhifə

2025-ci il üzrə ən fəal İctimai Şuralar - SİYAHI + FOTO

Xpress.az Redaksiyası 16.02.2026 12:43

Vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində rolunun gücləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın təşviqi məqsədilə “2025-ci il üzrə ən fəal İctimai Şura hansıdır?” mövzusunda onlayn sorğu keçirilib.

Xpress.az xəbər verir ki, sorğu “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən keçirilib və ictimaishura.az platforması üzərindən İctimai Şura (Public Council) brendi çərçivəsində təşkil olunub.

Sorğu çərçivəsində müxtəlif nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən İctimai Şuraların fəaliyyəti ictimai rəy əsasında qiymətləndirilib. Respondentlər təqdim olunan siyahıdan 2025-ci il ərzində daha fəal, açıq və effektiv fəaliyyət göstərdiyini düşündükləri İctimai Şuranı seçiblər.

Sorğu 05-15 fevral 2026-cı il tarixlərini əhatə edib. Respondentlərə 18 dövlət qurumu yanında fəaliyyət göstərən İctimai Şuraya səs vermək imkanı yaradılıb. İştirak tamamilə onlayn şəkildə həyata keçirilib və hər bir vətəndaş üçün açıq olub.

Sorğunun nəticələrinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura 70 faiz səslə birinci, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura 17 faiz səslə ikinci, Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura 4,5 faiz səslə üçüncü olub. Digər İctimai Şuralara ümumilikdə 8,5 faiz səs verilib.

Qeyd edək ki, sorğunun əsas məqsədi İctimai Şuraların fəaliyyətinin qiymətləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, həmçinin dövlət-vətəndaş dialoqunun gücləndirilməsidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək