Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İrəvan Qazılığının ofisi
İrəvan Qazılığının ofisi
Ana səhifə

İrəvan Qazılığının ofisi ZİYARƏT EDİLDİ - FOTO

Xpress.az Redaksiyası 17.02.2026 08:53

Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İrəvan Qazılığının fəaliyyəti üçün ayrılmış ofisi ziyarət edib.

Xpress.az QAİ-yə istinadla xəbər verir ki, nümayəndə heyətinə ofis şəraiti, inzibati struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, İrəvan Qazılığı tarixi ənənələrə əsaslanan dini-institusional qurum kimi Qərbi Azərbaycan mənşəli soydaşlarımızın dini-mənəvi irsinin araşdırılması, sənədləşdirilməsi və təbliği istiqamətində sistemli iş aparır.

Görüş zamanı İcma rəhbərliyi Qazılığın fəaliyyəti, arxiv sənədlərinin toplanması, tarixi mənbələrin tədqiqi, eləcə də İrəvan mahalı və ümumilikdə Qərbi Azərbaycanda mövcud olmuş dini abidələrə dair materialların sistemləşdirilməsi prosesi ilə yaxından tanış olub. Qeyd olunub ki, deportasiyalar nəticəsində fəaliyyətini dayandırmış dini idarəçilik ənənələrinin elmi əsaslarla bərpası və ictimaiyyətə təqdim olunması prioritet istiqamətlərdəndir.

İrəvan qazısı Bəxtiyar Nəcəfov görülən işlər, hazırlanmaqda olan elmi nəşrlər və arxiv materialları əsasında aparılan tədqiqatlar barədə məlumat verib. O bildirib ki, əsas məqsəd İrəvan Qazılığının tarixi irsinin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək