Cəmiyyət
Elektron siqaret çəkənlərə xəbərdarlıq: 30 manat cərimə...
Xpress.az Redaksiyası
17.02.2026 11:15
Azərbaycanda qadağan edilən yerlərdə elektron siqaret çəkənlər 30 manat cərimə ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılam sənədə əlavə edilən yeni maddəyə əsasən, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.