Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İctimai Şuranın cari ildə ilk iclası keçirilib -
İctimai Şuranın cari ildə ilk iclası keçirilib -
Cəmiyyət

İctimai Şuranın cari ildə ilk iclası keçirilib - FOTO

Xpress.az Redaksiyası 17.02.2026 12:29

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2026-cı ildə ilk geniş tərkibli iclası keçirilib.

Xpress.az xəbər verir ki, iclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiş tərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqında məlumat verib. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub. Bildirilib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərlə soydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təmin edilib.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş şəhər və kəndlərə səfərləri, tikinti-quruculuq işlərini şəxsi nəzarətdə saxlamaları qayıdış prosesinin sürətini və keyfiyyətini təmin edən əsas amil kimi dəyərləndirilib. Bu diqqətin qayıtmağa hazırlaşan və artıq məskunlaşan vətəndaşlarda dərin minnətdarlıq və böyük ruh yüksəkliyi yaratdığı xüsusi qeyd edilib.

Böyük Qayıdışın səmərəliliyinin təmin edilməsində ictimai iştirakçılığın artırılması məsələsi iclasda əsas mövzulardan biri olub. Müzakirələr zamanı 2026-cı il üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin keçirilməsi;

- Prosesin şəffaflığını təmin etmək məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə edilməsi;

- Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial adaptasiyası üçün təkliflərin hazırlanması.

İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli və obyektiv fəaliyyətlərinə görə Şura üzvlərinə təşəkkür edib. Komitə sədri bildirib ki, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dövlət qurumları tərəfindən yüksək qiymətləndirilir və qərarların qəbulu zamanı nəzərə alınır.

Vurğulanıb ki, 2026-cı il ərzində daha çox keçmiş məcburi köçkün ailəsinin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi planlaşdırılır. Komitə sədrinin sözlərinə görə, bu müqəddəs missiyada dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı həlledici əhəmiyyət kəsb edir.

Komitə sədri Şura üzvlərinin rəy və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək