Cəmiyyət
Sərnişinlərin NƏZƏRİNƏ: Bu stansiyada təmir işləri başa çatdı - VİDEO
Xpress.az Redaksiyası
18.02.2026 15:24
Bakı Metropoliteni tərəfindən "yaşıl xətt"in "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işləri başa çatdırılıb.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, müvəqqəti olaraq bağlanan 4-cü çıxış artıq sərnişinlərin istifadəsinə verilib.
Qeyd edilib ki, görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib və sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.