Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Ştutqart” qalmaqalı BÖYÜYÜR –
“Ştutqart” qalmaqalı BÖYÜYÜR –
Cəmiyyət

“Ştutqart” qalmaqalı BÖYÜYÜR – Keçmiş deputat bacısı oğlunu məhkəməyə VERDİ

Xpress.az Redaksiyası 18.02.2026 16:10

70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, "Ştutqart" mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib.

Sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri üzrə təqsirli bilinməsini, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Nəriman Əliyevin Masallı Rayon Məhkəməsinə müraciət etməsinə isə Pərviz Abdullayevin sosial şəbəkəkədə yazdığı bu status olub:

"Min bir əziyyətlə qurub yaratdığımız 25-30 milyon manatlıq şirkət - "Ştutqart" mağazalar şəbəkəsi və buna bağlı olan digər şəbəkələri dayım - keçmiş millət vəkili Nəriman Əliyev tərəfindən əlimizdən alınıb və arxasına keçib. Haramı olsun, istədiyi kimi yeyir, bizim tərəfimizdən bütün qurumlara müraciət olunsa da, hər yerə pul verərək haqqımızı yeyirlər. Nəriman Əliyev bir neçə məmurun adın çəkib deyir ki, onlar mənim arxamdadır. Bu, Nəriman Əliyevin birinci böyük şirkətləri ələ keçirməsi deyil, əvvələr də belə böyük şirkətləri ələ keçirib və şərikinə kələk gəlib. Konkret iranlı şərikinin ürəyi partlayıb öldü. Bizim hələki ürəyimiz partlamayıb və bizim bu ölkədə kömək edəcək elə böyük yaxın məmur dostumuz yoxdur.

Nərimanın insafı da yoxdur. Əksinə öyrəşib kimlərəsə pul verib, kimlərəsə şər atdırıb, tutdurmağa. "Ştutqart" mağazalar şəbəkəsinin adını mən qoymuşdum. Arzularımız, xəyallarımız var idi. Şəbəkəni tam ələ keçirdikdən sonra dərhal adını dəyişib "Şassi" qoydu".

Məhkəmə müəyyən edib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3-cü maddəsinin formal tələblərini pozmaqla tərtib edilib. Bu səbəbdən məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək