Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Pensiyalar necə hesablanır?
Pensiyalar necə hesablanır?
Cəmiyyət

Pensiyalar necə hesablanır?

Xpress.az Redaksiyası 19.02.2026 10:00

Uzun illər əmək fəaliyyəti olmasına baxmayaraq, aşağı məbləğdə pensiya aldığını iddia edən şəxslərin sayı az deyil. Son illərdə bu sırada hətta keçmiş məhkəmə hakimlərini, yüksəkvəzifəli şəxsləri də görmək olur. Bəzən bunun əksi də olur, elə bu yaxınlarda sabiq sənaye-energetika naziri Məcid Kərimovun pensiyasının artıq hesablandığı, indi geri alınmalı olduğu üzə çıxdı. Belə məsələlər isə öz həllini əksər hallarda məhkəmə müstəvisində tapır. 
Maraqlıdır, bəs yaşa görə pensiyaların məbləği necə hesablanır? 
“Qafqazinfo”nun məlumatına görə, qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi müəyyən edilir. Yəni, toplanmış pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur. Burada 144 ədədi gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 

Pensiyanın təyin olunması üçün ilk növbədə şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır. İl tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanır. Göstərici sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 
Ətraflı


Məsələn, 2006-cı il tarixinədək 20 il 6 ay ümumi iş stajı olan şəxsin həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı (20,5x 306 manat) 6273 manat olaraq hesablanır. Bu göstərici qanunvericiliyə uyğun olaraq ötən müddət üzrə indeksləşdirilərək artırılır. Şəxsin 2006-cı il yanvarın 1-dən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alındığı halda bu məbləğ də həmin göstəriciyə əlavə edilir. Nəticədə cəmi pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən  olunur. 
Qeyd edək ki, 2019-2025-ci illərdə şəxsə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək 25 il staj hesablanırdı. 2026-cı ildən etibarən isə hər il üçün bir il azaldılmaqla hesablanır. Yəni, 2026-cı ildə hesablanan staj 24 il, 2027-ci ildə 23 il olması nəzərdə tutulub. 

Sözügedən şərtlə stajın hesablanması pensiya kapitalı ilə yanaşı, stajı da pensiyaya çıxmağa imkan verməyənlər üçün pensiya hüququ yaradır. Belə ki, qanunvericiliyə görə, pensiya yaşına çatmış şəxsin bu hüququndan yararlanması üçün minimum pensiya kapitalı (hazırda 46 080 manatdır) olmadığı halda, 25 il staj tələb olunur. Şəxsin faktiki stajı bu göstəricidən çox olduqda isə onun arzusuna əsasən, pensiya təyin edilərkən faktiki staj nəzərə alınır.
Keçmiş hakimlərin pensiya məbləğinə gəlincə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əmək pensiyasına əlavə təyin edilir. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərin isə maksimum pensiya məbləği (əlavə ilə birgə) onların bu vəzifədə aldıqları orta aylıq əməhaqqının 80 faizi qədər müəyyən olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək