Cəmiyyət
Beynəlxalq qida sərgisində Azərbaycan stendinə yarım milyon manatdan çox vəsait ayrılacaq
Xpress.az Redaksiyası
20.02.2026 13:05
Azərbaycan "Saudi Food Show 2026" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.
Xpress.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi artıq bununla bağlı işlərə start verib.
Sözügedən sərgidə Azərbaycan stendinin quraşdırılması üçün ilkin olaraq 567 min 718 manat ayrılması planlaşdırılır.
Qeyd edək ki, "Saudi Food Show 2026" sərgisi 2026-cı ilin 15-17 iyun tarixdə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçiriləcək.