Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Yarıçılpaq videolarını paylaşan bloger
Yarıçılpaq videolarını paylaşan bloger
Gündəm

Yarıçılpaq videolarını paylaşan bloger CƏZALANDIRILDI

Xpress.az Redaksiyası 20.02.2026 13:09

Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən bloqer məsuliyyətə cəlb edilib.

1995-ci il təvəllüdlü Z.Kərimovanın instaqram hesabında ictimai mənəviyyata zidd hərəkətlər etməsi müəyyən olunub.

Belə ki, onun instaqramda 150 min nəfər izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Onun hər hansı geyimi təbliğ etmək məqsədi olmayıb. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən, 68.000 istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub.

Faktla bağlı olaraq Abşeron RPİ tərəfindən Z.Kərimova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.

O, izahatında bildirib ki, qadın cazibəsini nümayiş etdirmək məqsədilə bu kimi videolar çəkərək paylaşıb.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə bloqer 750 manat cərimə olunub.

Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib./Qafqazinfo.az/

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:01 Cəmiyyət

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı

11.11.2026 16:02 Cəmiyyət

Zəfərlər və Şahəsərlər silsiləsi: Səmanı vətənə qaytaran pilot -

11.11.2026 15:27 Cəmiyyət

Ərdoğan COP31-də göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

11.11.2026 15:06 Siyasət

Məryəm Üzərlidən azərbaycanlılara təşəkkür:

11.11.2026 13:49 Mədəniyyət

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək