Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Sosial şəbəkələrdə “xəyanət yoxlaması” xidməti qan...
Sosial şəbəkələrdə “xəyanət yoxlaması” xidməti qanunidirmi? -
Gündəm

Sosial şəbəkələrdə “xəyanət yoxlaması” xidməti qanunidirmi? - VİDEO

Xpress.az Redaksiyası 25.02.2026 14:28

Atv-də yayımlanan “Xəbərin olsun” verilişində sosial şəbəkələrdə son dövrlər geniş yayılan təhlükəli xidmət müzakirə olunub.

Xpress.az xəbər verir ki, verilişin aparıcısı Turan Ədalət bildirib ki, sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və burada həm faydalı, həm də ciddi risklər yaradan fəaliyyətlər mövcuddur.

Aparıcı qeyd edib ki, sosial şəbəkələr kontent hazırlamaq, reklam və informasiya yaymaq üçün əlverişli platforma olsa da, burada dələduzluq, şantaj və yalan məlumatların yayılması kimi hallara da rast gəlinir. O vurğulayıb ki, son vaxtlar bəzi səhifələr pul müqabilində insanların həyat yoldaşını, nişanlısını və ya sevgilisini “yoxlamaq”, xəyanət edib-etmədiyini araşdırmaq adı altında fəaliyyət göstərir.

Turan Ədalət sual edib ki, bu cür “dırnaqarası yoxlama” nə dərəcədə doğrudur və belə fəaliyyət hüquqi məsuliyyət yaradırmı? O əlavə edib ki, bir çox insan ya bu üsula müraciət edib, ya da bu barədə eşidib, lakin məsələnin qanunvericilik tərəfləri də mövcuddur.

Mövzu ilə bağlı vəkil Mircavad Miriyev bildirib ki, üçüncü şəxslə bu cür sövdələşməyə girərək qarşı tərəfin xəbəri olmadan onun izlənilməsi və məlumatlarının əldə edilməsi faktiki olaraq şəxsin izlənməsi və şəxsi həyatına müdaxilə deməkdir.

Vəkil qeyd edib ki, bu proses zamanı şəxsi və ailə həyatı sirrinə aid məlumatlar da əldə oluna bilər ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində təsbit edilmiş şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır.

Mircavad Miriyevin sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatı sirri olan məlumatların digər şəxslərə ötürülməsi, yayılması və ya satılması cinayət əməli hesab olunur. Bu halda təqsirli şəxslər 1000 manatdan 2000 manatadək cərimə oluna bilər. Eyni zamanda ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası da nəzərdə tutulur.

Beləliklə, sosial şəbəkələrdə “xəyanət yoxlaması” adı altında göstərilən xidmətlər təkcə etik deyil, həm də hüquqi məsuliyyət yarada bilən ciddi qanun pozuntusu kimi qiymətləndirilə bilər.

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək