Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycanın Küveytdəki səfirliyi soydaşlarımıza
Azərbaycanın Küveytdəki səfirliyi soydaşlarımıza
Gündəm

Azərbaycanın Küveytdəki səfirliyi soydaşlarımıza ÇAĞIRIŞ ETDİ - FOTO

Xpress.az Redaksiyası 03.03.2026 20:44

"Küveyt Dövlətində və daha geniş regionda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı baş verən son hadisələr diqqətlə izlənilir. 28 fevral 2026-cı il tarixindən etibarən regionda baş verən hadisələrlə əlaqədar Küveytin hava məkanı bağlı olaraq qalır".

Bu barədə, Azərbaycanın Küveytdəki səfirliyinin "X" hesabında yayılan çağırışda qeyd edilib.
 

"Vətəndaşlarımızın Küveytin rəsmi qurumlarının açıqlamalarını, eləcə də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin məlumatlarını diqqətlə izləmələri, səlahiyyətli orqanlar tərəfindən verilən təhlükəsizlik qaydalarına və tövsiyələrinə ciddi şəkildə əməl etmələri tövsiyə olunur. Qeyri-rəsmi mənbələrdən yayılan məlumat və şayiələrə etibar edilməməsi vacibdir.


Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızın zəruri hallar istisna olmaqla yaşayış yerlərini tərk etməmələri, mümkün qədər evdə qalmaları tövsiyə edilir. Küçədə olarkən həyəcan siqnalları və ya partlayış səsləri eşidildiyi təqdirdə, dərhal qapalı və mühafizə olunan yerlərə sığınmaq vacibdir.

Hava hücumundan müdafiə tədbirləri nəticəsində zərərsizləşdirilən sursat qalıqlarının düşməsi şəxsi təhlükəsizlik üçün risk yarada bilər.

Hər hansı fövqəladə vəziyyətlə üzləşdiyiniz təqdirdə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin bir başa qaynar xətti olan +965 6095 5596 ilə əlaqə saxlamanız xahiş olunur. Eyni zamanda, səfirliyin elektron poçt ünvanı vasitəsilə əlaqəyə keçə bilərsiniz - kuwait@mission.mfa.gov.az", - elanda bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:01 Cəmiyyət

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı

11.11.2026 16:02 Cəmiyyət

Zəfərlər və Şahəsərlər silsiləsi: Səmanı vətənə qaytaran pilot -

11.11.2026 15:27 Cəmiyyət

Ərdoğan COP31-də göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

11.11.2026 15:06 Siyasət

Məryəm Üzərlidən azərbaycanlılara təşəkkür:

11.11.2026 13:49 Mədəniyyət

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək