Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Sumqayıtda balaca idmançıların böyük mübarizəsi –
Sumqayıtda balaca idmançıların böyük mübarizəsi –
İdman

Sumqayıtda balaca idmançıların böyük mübarizəsi – Aquatlon üzrə açıq çempionat keçirildi

Xpress.az Redaksiyası 05.03.2026 19:19

1 mart 2026-cı il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə Aquatlon idman növü üzrə Sumqayıt şəhər açıq çempionatı keçirildi. Yarışda Elit yaş kateqoriyası ilə bərabər 7 yaş kateqoriyasında  idmançılarıda iştirak etdilər.
Suyun içindən qaçış zolağına uzanan bu maraqlı yarışda iştirakçılar Aquatlonun iki əsas mərhələsi – üzgüçülük və qaçış üzrə bacarıqlarını nümayiş etdirdilər. Yarış boyu tribunalarda valideynlərin alqışları, meydanda isə idmançıların qələbə əzmi hiss olunurdu.
Çempionatın əsas məqsədi uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gələcəyin triatlon idmançılarının yetişdirilməsinə töhfə vermək idi. Balaca iştirakçılar isə göstərdilər ki, böyük qələbələrin yolu məhz belə kiçik, amma cəsarətli addımlardan başlayır.
Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olundular. Həmin gün meydanda yalnız qaliblər deyil, bütün iştirakçılar qazandı – çünki onlar idman, iradə və özünəinamın vacib dərsini yaşadılar.
Azərbaycan Triatlon Federasiyası bu kimi yarışlarla ölkəmizdə triatlon və aquatlon idman növlərinin inkişafına dəstək verməyi və yeni nəsil idmançıların yetişməsinə şərait yaratmağı davam etdirir.



Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək