Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya...
Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub -
Ana səhifə

Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO

Xpress.az Redaksiyası 09.03.2026 11:06

"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub.

Xpress.az xəbər verir ki, yarışın son günündə idmançılar vertikal növdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparıblar.

Vertikal növün nəticələrinə əsasən qızlar arasında U18 kateqoriyası üzrə 1-ci yerə Anastasiya Pşenicnaya (Rusiya Federasiyas), 2-ci yerə Natalia Babrovska (Polşa), 3-cü yerə Rabia Bulut (Türkiyə) sahib olub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Matei Petre (Rumınya) ilk pillədə qərarlaşıb. Adam Hubak (Slovakia) və Alex Kulanga (Slovakiya) 2-ci və 3-cü yerləri bölüşüblür.

U20 yaş kateqoriyasında Marina Anastasova (Bolqarıstan) ali kürsüdə 1-ci yerin qalibi olub. Ikinci və üçüncü yerləri isə Türkiyə təmsilçiləri Gülnur Sağır və Sultan Evci Sueda qazanıb. Oğlanlar arasında Valter Silas (Almaniya) qızıl medala sahib olub. Marek Foltyen (Çex Respublikası) gümüş, Malte Lessing (İsveçrə) isə bürünc medal qazanıb.

U23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə) ilk pillədə qərar tutub. İrina Umnitsina (Fərdi Neytral İdmançı) və Darya Zinçenko (Fərdi Neytral İdmançı) 2-ci və 3-cü yerləri bölüşüblər. Oğlanlar arasında Julian Tritsher (Avstriya) 1-ci yerin, Silvano Volf (Avstriya) 2-ci yerin, Loik Dubois (İsveçrə) isə 3-cü yerin qalibi olub.

Böyüklər arasında qadınlar üzrə Sara Dreyer (Avstriya) qızıl medal, Culia Murada (İtaliya) gümüş medal, Caraline Ulrikh (İsveçrə) bürünc medalın sahibi olub, kişilər arasında isə Remi Bonet (İsveçrə) 1-ci yerdə, Gay Aurelien (İsveçrə) 2-ci yerdə, Christof Hochenvarter isə (Avstriya) 3-cü yerdə qərarlaşıb.

Yarışda milli komandanın üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yerə sahib olub.

Qeyd edək ki, Avropa Çempionatı və Dünya Kuboku Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək