Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Müctəba Xamenei ilə Donald Tramp ANLAŞIB? -
Müctəba Xamenei ilə Donald Tramp ANLAŞIB? -
Ana səhifə

Müctəba Xamenei ilə Donald Tramp ANLAŞIB? - "Əsl komediya bundan sonra başlayacaq"

Xpress.az Redaksiyası 09.03.2026 13:07

“Bu gün nahardan sonra İranda Xameneinin oğlu Müctəba Xameneinin andiçmə mərasimi olacaq. Siyasi hərbi elitanin əksəriyyəti bir yerdə olacaq. Yəqin ki, ABŞ və İsrail belə bir imkanı düzgün dəyərləndirə biləcək. Amma əsas məsələ bu deyil. Onsuz da İranın 3 komplekt rəhbərliyi artıq nəfəs almır. Əsas məsələ budur ki, dindarlar İranda 1979-cu ildə inqilab edəndə əsas tələbləri hakimiyyətin atadan oğula, oğuldan nəvəyə kecməməsi idi. Bu şüar İranda inqilab ilə nəticələndi, sağ devrildi və Xomeyni hakimiyyətə gəldi. 10 il sonra Xomeynini Xamanei əvəz etdi. 37 ildən sonra isə dini lideri bu vəzifəyə layiq olanlar deyil, Xamaneini oğlu Müctəba əvəz etdi”.

Xpress.az xəbər verir ki, bu barədə hərbi-siyasi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, burada öz prinsiplərinə qarşı çıxan "banan dövlət" anlayışı yerinə düşür: “ABŞ Xameneinin əksər ailə üzvlərini və nəvələrini aradan götürdü, amma Müctəbaya dəymədi. Əgər yaxın günlərdə Müctəba vurulmasa, deməli, Müctəba Tramp ilə bu prosesi razılaşdırıb. Trampın bu barədə ad çəkmədən bəyanatı da proseslərə uyğun gəlir. Nə isə, xeyirli-uğurlu olsun, amma bu barədə İsrail eşitməsin. Əks halda İrandan İsrailə qaçan general Qaanı Tehranda yaşayan qohumları və dostları vasitəsilə Müctəbanın mübarək yerini Netanyahuya çatdıracaq. Əsl musiqili komediya bundan sonra başlayacaq”.

Ə.Verdiyevin qənaətincə, İran rəhbərliyinin bir hissəsi İsrail, digər hissəsi ABŞ agentidir, amma nədənsə SEPAH və ETTALAT gözünün önündə olan düşmənləri kənar ölkələrin ərazisində axtarır: “Buna görə də İran mütləq məğlub olacaq. Çünki, dostu ilə düşmənini tanımayan, öz prinsiplərini ən yüksək səviyyədə ayaqlar altına alan bir ölkə artıq məglubdur”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək