Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Dava saldılar, sonu pis oldu -
Dava saldılar, sonu pis oldu -
İdman

Dava saldılar, sonu pis oldu - Braziliya futbolunda 23 qırmızı kart

Xpress.az Redaksiyası 09.03.2026 13:43

Braziliya futbolunda “Kruzeyro” – “Atletiko-MG” matçında kütləvi dava düşüb.

“Talksport” xəbər verir ki, oyunun ilk yarısının son dəqiqələrində futbolçular arasında başlayan mübahisə qısa müddətdə geniş vüsət alıb.

Belə ki, mübahisə əlavə vaxtda “Atletiko-MG”nin qapıçısı Everson ilə “Kruzeyro”nun yarımmüdafiəçisi Kriştian arasında baş verən epizoddan sonra başlayıb. Bundan sonra hər iki komandanın futbolçuları, ehtiyat oyunçuları və məşqçi heyəti meydana daxil olaraq bir-birinə hücum edib, yumruq və təpiklər atıb.

Hakim insidentdən sonra 12-si “Kruzeyro”, 11-i isə “Atletiko-MG” futbolçularına olmaqla rekord sayda - 23 qırmızı vərəqə göstərib.

Bu, Braziliya futbolunda bir oyunda göstərilən ən çox qırmızı vərəqə kimi tarixə düşüb.

Qarşılaşma təxminən 10 dəqiqə dayandırılıb, stadionda vəziyyəti sakitləşdirmək üçün təhlükəsizlik qüvvələri müdaxilə edib. Davada bəzi futbolçuların xəsarət aldığı, qapıçı Eversonun isə başından yarıldığı üçün meydanı tərk etdiyi bildirilir.

Qeyd edək ki, matç 1:0 hesabı ilə “Kruzeyro”nun qələbəsi ilə başa çatıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək