Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil “Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət...
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Təhsil

“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur

Xpress.az Redaksiyası 13.03.2026 21:42

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.

“Azərsun Holdinq” də qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir.

Əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə “Azərsun Holdinq”in İstehsalat və Tədarük Zəncirinin Baş Direktoru Riza Özkayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramovun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.

Görüş zamanı 4SİM tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” haqqında geniş müzakirələr aparılıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasını təmin etmək, əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etmək və bununla da onların rəqabət qabiliyyətini gücləndirməkdir. Proqram eyni zamanda ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməyi hədəfləyir.

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Bu yanaşma, hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir.

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

05.11.2026 11:06 Cəmiyyət

Gələn il üçün ehtiyac meyarı məlum olub

05.11.2026 11:01 İqtisadiyyat

FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb

05.11.2026 10:51 Cəmiyyət

Şəki Xan sarayının silah arxivi: oxdan topa qədər -

05.11.2026 10:41 Ana səhifə

Bakıda dünya çempionatının açılış mərasimi olub -

05.11.2026 10:22 İdman

İlham Əliyev beynəlxalq sammit iştirakçılarına müraciət ünvanlayıb

05.11.2026 10:17 Siyasət

Samvel Karapetyan 1 aylıq həbs edildi

05.11.2026 10:08 Dünya

Azərbaycan nefti xeyli ucuzlaşdı

05.11.2026 09:43 İqtisadiyyat

SOCAR ABŞ-də 1,65 milyard dollarlıq aktiv alır

05.11.2026 09:21 İqtisadiyyat

Bakının iki rayonunda işıq kəsiləcək

05.11.2026 08:56 Cəmiyyət

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək