Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanın turizm potensialı Albaniyada tanıdılı...
Azərbaycanın turizm potensialı Albaniyada tanıdılıb -
Ana səhifə

Azərbaycanın turizm potensialı Albaniyada tanıdılıb - VİDEO

Xpress.az Redaksiyası 22.03.2026 19:18

Albaniyanın aparıcı xəbər platformalarından biri olan “Report TV” Azərbaycanın turizm potensialına həsr olunmuş xüsusi reportaj hazırlayıb.

Xpress.az xəbər verir ki, layihənin müəllifi və aparıcısı, albaniyalı jurnalist Eljan Tanini paytaxt Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisini gəzib, Qız qalası, Şirvanşahlar saray kompleksi ilə tanış olub, Azərbaycan Milli Xalça Muzeyinə, Qobustan Milli Tarix-Bədii Qoruğuna baş çəkib.

Şəki-Zaqatala iqtisadi rayonuna səfər edən E.Tanini Qafqaz Albaniyasının ilk paytaxt şəhəri Qəbələyə, həmçinin Böyük Qafqaz dağlarının ətəyində yerləşən ən qədim mədəniyyət mərkəzlərindən biri, tarixi İpək Yolu üzərindəki məşhur sənətkarlıq şəhəri Şəkiyə gəlib.

Albaniyalı jurnalist Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olub. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Şəki Xan sarayı ilə tanışlıq zamanı bələdçi Rəvanə Əzizova qonağa memarlıq abidəsi haqqında ətraflı məlumat verib. Sarayın hansı məqsədlə inşa edildiyi, Şərq üslubuna uyğun nadir dekorativ-tətbiqi sənət nümunəsi olduğu, şəbəkə sənətinin incəlikləri və mahiyyəti, eləcə də bu unikal memarlıq abidəsinin tarixi əhəmiyyəti xarici jurnalistin diqqətinə çatdırılıb.

E.Tanini şəkidə olduğu müddətdə “Kiş” Tarix-Memarlıq Qoruğunda da olub. O, qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədinə baş çəkib. Qonağa məlumat verilib ki, iki min il yaşı olan Kiş Alban məbədi birinci əsrdə İsa peyğəmbərin təlimi və ya Apostol Yeliseyin təşəbbüsü ilə yaradılıb. Bu məbəd yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır.

Qeyd olunub ki, bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək