Afrikada fillərin hücumuna məruz qalan milyoner ovçu həyatını itirib
Qabonda nadir bir antilop növünü ovlamaq üçün meşəyə girən 75 yaşlı ABŞ-li iş adamı Erni Dosio rastlaşdığı fil sürüsünün hücumu nəticəsində həyatını itirib.
Xpress.az xəbər verir ki, Qabonun Lope-Okanda meşələrində baş verən hadisədə, peşəkar bələdçisi ilə birlikdə bölgəyə gedən Dosio, qəfil rastlaşdığı beş fildən ibarət bir sürünün hücumuna məruz qalıb.
Fil sürüsünün altında qalan Dosio hadisə yerində həyatını itirərkən ona müşayiət edən bələdçi isə ağır yaralı vəziyyətdə xilas olub.
Kaliforniyada yaşayan və iş adamı olan 75 yaşlı Dosio uzun illərdir, dünya miqyasında "kubok ovçuluğu" kimi tanınan ovçuluq fəaliyyəti ilə məşğul olurdu.