Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İctimai nəqliyyatda bunu edənləri 1000 manat
İctimai nəqliyyatda bunu edənləri 1000 manat
Cəmiyyət

İctimai nəqliyyatda bunu edənləri 1000 manat CƏRİMƏLƏYƏCƏKLƏR

Xpress.az Redaksiyası 13.05.2026 16:49

İctimai nəqliyyatda heyvanların daşınması məsələsi sərnişinlərin rahatlığı və narazılığı baxımından həmişə müzakirə mövzusu olub. Bir tərəfdən dördayaqlı dostlarımıza olan mərhəmət hissi, digər tərəfdən isə gigiyenik problemlər, bəzən fobiyalar sərnişinləri daim üz-üzə qoyur. Xüsusilə qucaqda, daşıma çantası olmadan heyvan aparılması digər sərnişinlərin narazılığına səbəb olur.

Belə hallarda qanunvericilik nə deyir?

Hüquqşünas Leyla Bədəlova Bizim.Media-ya açıqlamasında bildirib ki, "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"-ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3.1.3-cü maddəsinə əsasən heyvan sahibinin ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq hüququ var.

Lakin insanların sağlamlığının qorunması məqsədi ilə itlər ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmalıdır. Həmin Qərarın 4.4.4-cü maddəsinə əsasən baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağandır. Qadağan olunan məsələlər olmadığı təqdirdə heyvan sahibi heyvanı ictimai nəqliyyatda apara bilər.

Göstərilən qadağanın heyvan sahibi tərəfindən pozulması da qanunla məsuliyyətə səbəb olur.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinə əsasən ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən göstərilən maddə ilə bağlı inzibati tənbeh almış şəxs bir il ərzində təkrar qaydanı pozduqda 300 manat məbləğində cərimə, 290.3-cü maddəsinə əsasən isə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Qucaqda heyvan aparmaq məsələsinə gəlincə isə, əgər heyvan digər sərnişinləri narahat edir, təhlükə yaradır, allergiya və ya gigiyena problemi yaradırsa, bu artıq qayda pozuntusu kimi qiymətləndirilə bilər. İctimai nəqliyyat sürücüləri konkret sərnişininin şikayəti əsasında onun narahatlığını əsas gətirərək heyvanın minməsinə etiraz edə bilərlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək