Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Qərbi Azərbaycan İcmasında KONFLİKT:
Qərbi Azərbaycan İcmasında KONFLİKT:
Ana səhifə

Qərbi Azərbaycan İcmasında KONFLİKT: “Ziyalılar Şurasını şəxsi mənafelərin qurbanına çeviriblər” - FOTO

Xpress.az Redaksiyası 14.05.2026 09:15

“Qərbi Azərbaycan İcmasının (QAİ) nəzdində "Ziyalılar Şurası" fəaliyyət göstərir. Məni də həmin Şuraya üzv yazıblar. Bu Şuranı şəxsi mənafelərin qurbanına çeviriblər. Artıq 5-ci iclasdır ki, şəxsən məni Şuranının tədbirlərinə dəvət etmirlər”.

Xpress.az xəbər verir ki, bu barədə sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev sosial media hesabında yazıb.

O qeyd edib ki, Ziyalılar Şurasının əsas missiyası maarifçiliklə məşğul olmaqdır. Lakin təssüflər olsun ki, sözügedən qurum bu işi yetərincə bacarmır: “Başa düşmürəm, bəlkə başda QAİ rəhbəri Əziz Ələkbərli və Şuranın sədri, “Dialektik materializm” müəllimi Elxan Hüseynovun "mütərəqqi" ideyaları əsasında ziyalılığın kriteriyalarını dəyişiblər? Mən fəlsəfə üzrə fəlsəfə doktoruyam, 8 kitab müəllifiyəm, 500-dən çox elmi-publisistik məqaləm çap olunub. Sosial şəbəkələrdə ciddi maarifçiliklə və QAİ-nin ciddi ideoloji təbliğatı ilə məşğulam. İcmanın üzvü kimi mən xaricdə yaşayan və Azərbaycanın əleyhinə şərəfsizcəsinə təbliğat aparan termitlərə layiqli cavablar verən yeganə şəxsəm. Ziyalılar Şurası maarifçiliklə məşğul olmalıdır. Təssüflər olsun ki, bu işi yetərincə bacarmırlar”.

E.Əliyev QAİ-nin İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərlidən tələb edib ki, onun adını Ziyalılar Şurasından çıxarsınlar: “Bütün bunların fonunda məni ziyalı hesab etmirsiniz? Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin ideyasıdır və bu qurumda konfliktlər birmənalı olaraq yolverilməzdir. Mən “Facebook” hesabımdan Əziz Ələkbərlidən tələb edirəm: Adımı Ziyalılar Şurasından çıxarın! İcmanın sıravi üzvü olmaq mənim üçün qürurvericidir. Qayıdış baş tutarsa öndə gedənlərdən biri mən olacam”.

Zərbəçi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək