Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı -
Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı -
Gündəm

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Xpress.az Redaksiyası 14.05.2026 12:03

Özünü "Dr.Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb.

Xpress.az "Yenisabah.az"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq adıçəkilən təsərrüfat subyektində araşdırma aparılıb və mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi, 41 ünvanında yerləşən və fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı aşkarlanan nöqsanlara görə aidiyyəti şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1 maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq icraata göndərilib".

Səhiyyə Nazirliyinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayeva "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda deyil və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsi yoxdur:

"Buna görə də onun və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibb xidməti göstərməsi qanunla qadağan olunur və qanun pozuntusu hesab edilir.

Mərkəz tərəfindən aidiyyəti şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirlərin görülməsi də davam etdirilir.

AEM bir daha vurğulayır ki, tibb fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisas və rəsmi icazə tələb olunur. Bu qaydalara əməl etməyən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək".
 

Bildirilib ki, AEM vətəndaşların müraciətlərinə operativ və obyektiv reaksiya vermək, əhalinin sağlamlığının qorunması və qanunsuz tibbi fəaliyyətin qarşısının alınması istiqamətində öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görür.


Qeyd edək ki, ötən il "Uğur-777" estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan G.Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılmışdı.

Məlumata görə, özünü "Dr.Gülü" kimi təqdim edən G.Abdullayeva hazırda "Büllur Estetik" adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir.

Burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:01 Cəmiyyət

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı

11.11.2026 16:02 Cəmiyyət

Zəfərlər və Şahəsərlər silsiləsi: Səmanı vətənə qaytaran pilot -

11.11.2026 15:27 Cəmiyyət

Ərdoğan COP31-də göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

11.11.2026 15:06 Siyasət

Məryəm Üzərlidən azərbaycanlılara təşəkkür:

11.11.2026 13:49 Mədəniyyət

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək