Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Ustad Aşıq Ələsgərin ədəbi irsi
Ustad Aşıq Ələsgərin ədəbi irsi
Ana səhifə

Ustad Aşıq Ələsgərin ədəbi irsi TƏBLİĞ OLUNUR - FOTO

Xpress.az Redaksiyası 15.05.2026 14:34

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə böyük ustad Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xpress.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində baş tutan tədbirdə elm, təhsil və mədəniyyət nümayəndələri, aşıq sənətinin tanınmış simaları, tələbələr və ziyalılar iştirak ediblər. Tədbirin əsas məqsədi Aşıq Ələsgərin zəngin ədəbi irsinin təbliği, onun sənət məktəbinin gələcək nəsillərə çatdırılması və milli-mənəvi dəyərlərimizin qorunması olub.

Tədbiri filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova aparıb.

Rəsmi hissədə çıxış edən Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev Aşıq Ələsgər yaradıcılığının Azərbaycan ədəbiyyatı və milli düşüncə tarixində xüsusi yer tutduğunu vurğulayıb, bu irsin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib.

Daha sonra "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edərək Aşıq Ələsgər irsinin yaşadılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və gələcək təşəbbüslərdən danışıb.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, tibb və filologiya üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, həmçinin Dədə Ələsgər irsinin tədqiqi və təbliği mərkəzinin direktoru Abbas Bağırov məruzələrlə çıxış edərək ustad sənətkarın poeziyası, fəlsəfi düşüncəsi və aşıq sənətinə verdiyi töhfələr haqqında geniş məlumat veriblər.

Tədbirin bədii hissəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycan Respublikasının əməkdar artisti Rəhilə Bəndəliyeva, beynəlxalq müsabiqələr laureatı, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, xanəndə Mehranə Vəliqızı, Dədə Ələsgər adına Ozan məktəbinin müəllimi Aşıq İlqar Qələmçəli, Aşıq İlham Əsgəroğlu və gənc aşıq Azad Laçınlı çıxış edərək Aşıq Ələsgərin söz dünyasını saz və musiqi nümunələri ilə təqdim ediblər.

Tədbirin sonunda Aşıq Ələsgərin Bakı şəhərində ucaldılmış heykəlinin maketi Azərbaycan Texniki Universitetinə təqdim edilib. Aşıq Ələsgər irsinin yaşadılması və təbliği istiqamətində belə görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb və iştirakçılara təşəkkür ifadə olunub.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək