Cəmiyyət
Göygöl icra başçısınin müavini vəzifəsindən azad edilib
Xpress.az Redaksiyası
15.05.2026 13:11
Göygöldə icra hakimiyyətinin müavini vəzifəsindən azad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Arzu Qocayev dövlət qulluğunda fəaliyyətini digər qurumda davam etdirəcəyi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Bununla bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, A.Qocayev "ASAN" Xidmətdə çalışacaq.