Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Hər yerdə 15-20 manatdır, Bakıda isə 178 AZN –
Hər yerdə 15-20 manatdır, Bakıda isə 178 AZN –
Cəmiyyət

Hər yerdə 15-20 manatdır, Bakıda isə 178 AZN – Bu məhsulun qiyməti ŞOK etdi

Xpress.az Redaksiyası 17.05.2026 09:43

Bakıda marketlərin birində satışa çıxarılan və “şüşə konfet” kimi tanınan məhsulun qiyməti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, həmin konfetin 178 manata satılması istifadəçilərin narazılığı ilə qarşılanıb. Daha əvvəl də bəzi şirniyyat və konfet məhsullarının digər ölkələrlə müqayisədə Azərbaycanda xeyli baha satıldığı ilə bağlı müzakirələr aparılmışdı.

Bəs qiymət fərqinin səbəbi nədir? Necə olur ki, başqa ölkələrdə 15-20 manata satılan konfetlər Azərbaycanda 150-200 manata təklif edilir? Bu qiymətlərə təsir edən əsas amillər hansılardır?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova xaricdən gətirilən məhsulların qiymətinə idxal və logistika xərcləri, o cümlədən də, distribütor marjası əlavə olunduğunu bildirib:

“Xüsusilə, kiçik həcmlərdə gətirilən məhsullarda bir vahidə düşən logistika xərci daha yüksək olur. Bu səbəbdən, Azərbaycana çatanda maya dəyəri bir neçə dəfə artır. Ancaq düşünürəm ki, burda əsas səbəb maya dəyərinin artması deyil, satıcının “trend məhsul” effekti yaratmaq istəyidir. Bəzi satıcılar məhsulu premium kimi təqdim edib qiyməti süni şəkildə yüksəldərək sosial şəbəkələrdə paylaşırlar. Son zamanlarda “TikTok” və “Instagram” kimi sosial şəbəkələrdə viral məhsullara tez-tez rast gəlmək olur”.

V.Əhmədova bildirib ki, bahalı və absurd görünən qiymətlər təbii olaraq insanlarda emosional reaksiyalara səbəb olur:

“Məhsul sosial şəbəkələrdə bir müddət müzakirə olunur, tənqid edilir, videolar çəkilir. Bu da məhsula pulsuz reklam qazandırır. Beləcə, market reklam büdcəsi xərcləmədən gündəmə düşür. Süni qiymət artırıb məhsulu viral etməyin əsas məqsədi diqqət və status effekti yaratmaqdır. Bir növ, marketinq strategiyasıdır. İnsanlar bahalı məhsulu avtomatik olaraq “xüsusi” hesab edirlər”.

İqtisadçının sözlərinə görə, psixologiyada belə bir anlayış var ki, qiymət yüksəldikcə insanlar məhsulun keyfiyyətinin və prestijinin də yüksək olduğunu düşünür:

“Halbuki məhsulun real maya dəyəri çox aşağı ola bilər. Real dəyərindən qat-qat baha təqdim edilən bu məhsullara tələb yaranarsa və məhsul satılarsa qiymət aşağı salınmır. Əgər tələb yaranmazsa strategiya adətən uğursuz hesab olunur və qiymətlər sürətlə aşağı düşürülür. Xüsusilə, qida məhsullarında saxlama müddəti məhduddur. Bu səbəbdən, deyərdim ki, tələsməyin, gözləyin, bir müddət sonra baş çəksəniz həmin məhsulun yarı qiymətinə satıldığının, ya da rəfdən götürüldüyünün şahidi olacaqsınız. Ümumiyyətlə alıcılara bildirmək istərdim ki, viral və həddindən artıq bahalı məhsullara çox da etibar etməsinlər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək