Cəmiyyət
BOS-da Azərbaycan və BMT bayraqları qaldırıldı
Xpress.az Redaksiyası
17.05.2026 16:03
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakı Olimpiya Stadionunda (BOS) Azərbaycanın və BMT-nin bayraqlarının qaldırılması mərasimi keçirilib.
Mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

