Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şirvan memarlıq məktəbinin NADİR NÜMUNƏSİ -
Şirvan memarlıq məktəbinin NADİR NÜMUNƏSİ -
Ana səhifə

Şirvan memarlıq məktəbinin NADİR NÜMUNƏSİ - VİDEO

Xpress.az Redaksiyası 16.05.2026 16:47

REAL TV-nin əməkdaşı Sabir Səfərov 17-22 may tarixlərində Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycanın tarix və sənətkarlıq beşiyi, memarlıq salnaməsi Şəkidən, eləcə də ən qədim mədəniyyət və memarlıq mərkəzlərindən biri sayılan Şamaxıdan xüsusi reportajlar hazırlayıb.

Xpress.az xəbər verir ki, “Şirvanın şahı şəhər” adlanan növbəti süjetdə qeyd olunub ki, qədim Albaniya dövlətinin mühüm yaşayış məskənlərindən biri olan Şamaxı əsrlər boyu məbədləri, türbələri, qalaları və müdafiə divarları ilə seçilib. Şamaxının Şirvanşahlar dövlətinin paytaxtı olması da onun tarixi əhəmiyyətini göstərir.

Bildirilib ki, Şirvan memarlıq məktəbinin ən nadir nümunələrindən olan “Diri Baba” türbəsi memarlıq xüsusiyyətlərinə görə Qafqazın unikal abidələrindən biridir. Belə ki, tikilinin daxilindəki bir hissə qaya içərisində təbii oyma nəticəsində formalaşmış oyuqda yerləşir. “Diri Baba” abidəsinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin təbii ətraf mühiti (qayalıqlar, dərəvari təbii strukturda yerləşməsi) bütövlükdə mədəni məzmun əmələ gətirərək, ümumi tarixi landşaft formalaşdırır.

“Diri Baba” türbəsi Azərbaycanın orta əsr memarlıq tarixinin öyrənilməsi, həmçinin Şamaxı-Şirvan bölgəsinin sufi ənənəsinin turistlər tərəfindən kəşf edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat verilib ki, dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Diri Baba” türbəsinin kitabəsindəki məlumatlara görə, bu abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) əmri ilə tikilib. Türbənin daxili divarlarında “Ustad bin Hacı” (Ustad Hacı oğlu) yazısına rast gəlinir.

Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur.

Reportajda Şamaxı Cümə Məscidi, Kələxana türbələri və Yeddigünbəz Türbələr Kompleksindən də ətraflı bəhs edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək