Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Muzeylərin cəmiyyət həyatındakı rolu təbliğ olunur...
Muzeylərin cəmiyyət həyatındakı rolu təbliğ olunur -
Ana səhifə

Muzeylərin cəmiyyət həyatındakı rolu təbliğ olunur - FOTO + VİDEO

Xpress.az Redaksiyası 18.05.2026 17:50

Mayın 18-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib.

Xpress.az xəbər verir ki, Şəki Xan Sarayında keçirilən tədbirin əsas məqsədi muzeylərin cəmiyyət həyatındakı rolunu təbliğ etmək, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır.

Beynəlxalq Muzeylər Günü çərçivəsində Şəki şəhərində fəaliyyət göstərən muzeylərə ekskursiyalar təşkil olunub.

Ekskursiyalar zamanı ziyarətçilərə Şəkinin zəngin tarixi, mədəni irsi, qədim sənətkarlıq ənənələri və muzey eksponatları haqqında ətraflı məlumat verilib. Geniş sərgi zonası təşkil olunaraq müxtəlif istiqamətləri əhatə edən ekspozisiyalar nümayiş etdirilib.

Tədbirdə Şəki şəhərində fəaliyyət göstərən ev muzeyləri, Kəlağayı və Yurd Yaddaşı Muzeyinin də sərgiləri təqdim olunub. Sərgilərdə tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən materiallar, şəxsi əşyalar və nadir eksponatlar nümayiş olunaraq ziyarətçilərin böyük marağına səbəb olub.

Eyni zamanda xalq tətbiqi sənəti nümunələri, əl işləri və dekorativ-tətbiqi sənət məhsulları sərgilənərək Azərbaycanın zəngin mədəni irsi geniş şəkildə təqdim edilib.

Tədbir çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən 3 nömrəli Uşaq musiqi məktəbi və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən milli musiqi və muğam nümunələri təqdim edilib.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək