Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət WUF13-ün üçüncü günü nələr gözlənilir?
WUF13-ün üçüncü günü nələr gözlənilir?
Cəmiyyət

WUF13-ün üçüncü günü nələr gözlənilir?

Xpress.az Redaksiyası 19.05.2026 09:14

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü start götürüb.

 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun üçüncü günündə mənzil təminatı, dayanıqlı şəhər inkişafı, urbanizasiya, iqlim dəyişiklikləri və rəqəmsal şəhər həlləri ilə bağlı müzakirələr aparılacaq.

Günün proqramında qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı və innovativ urbanizasiya modelləri əsas yer tutur. “Qlobal mənzil böhranı: Plan nədir?” adlı sessiyada mənzil əlçatanlığı, sosial bərabərlik və şəhərlərdə yaşayış şəraitinin yaxşılaşdırılması məsələlərinin müzakirəsi də günün proqramında yer alıb.

Forum çərçivəsində “Mənzilin sosial və iqtisadi gücü”, “Şəhərlər üçün rəqəmsal texnologiyalar”, “Məlumatdan qərarlara: məkan təhlili və hamı üçün mənzil”, “İqlimə davamlı şəhərlər və icmalar”, “Şəhər planlaması iqlim fəaliyyətidir” kimi mövzular da diqqət mərkəzindədir. Sessiyalarda şəhərlərin gələcək inkişafında rəqəmsal həllərin, məlumat əsaslı idarəetmənin və yaşıl texnologiyaların rolu vurğulanır.

Üçüncü gün ərzində “Hamı üçün mənzil”, “Qadınların gücləndirilməsi üçün təhlükəsiz və dayanıqlı yaşayış”, “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər”, “Gənclərin şəhər idarəçiliyində rolu”, “İqlim maliyyəsinin şəhərlərə yönləndirilməsi”, “Dayanıqlı və əlçatan nəqliyyat”, “Müharibədən zərər görmüş şəhərlərin bərpası” və “Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası” mövzularında da sessiyaların keçirilməsi nəzərdə tutulub.

Forumun proqramında urbanizasiya və iqlim gündəliyinin əlaqələndirilməsi xüsusi yer tutur. “İstiyədavamlı şəhərlər”, “Təbiət əsaslı həllər”, “Yaşıl və dayanıqlı yaşayış”, “Su resurslarının idarə olunması”, “Şəhərlərdə enerji ədaləti” kimi mövzular urbanizasiya ilə ekoloji davamlılıq arasındakı əlaqələri ön plana çıxarır.

Bu gün həmçinin “World Cities Report 2026” hesabatının təqdimatı, Afrika regionu və digər beynəlxalq platformalar üzrə yüksək səviyyəli görüşlər, eləcə də şəhər inkişafı və mənzil siyasətinə dair xüsusi sessiyalar keçiriləcək.

WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları da beynəlxalq iştirakçılara təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələr dayanıqlı urbanizasiya nümunəsi kimi təqdim edilir.

Qeyd edək ki, forumun ilk iki günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, dəyirmi masa müzakirələri, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları keçirilib.

İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Sammit çərçivəsində qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Həmçinin, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub.

Məlumat üçün bildirək ki, 17-22 may tarixlərini əhatə edən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək