Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Ərzaq UCUZLAŞACAQ? -
Ərzaq UCUZLAŞACAQ? -
İqtisadiyyat

Ərzaq UCUZLAŞACAQ? - İqtisadçı deputatdan AÇIQLAMA

Xpress.az Redaksiyası 04.06.2026 16:18

“Kənd təsərrüfatının inkişafı və bu sahədə yeni tədbirlərin həyata keçirilməsi prioritet istiqamətlərdən biridir.”

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Xpress.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatına həsr olunan müşavirənin keçirilməsi aqrar sektorun dövlətin diqqət mərkəzində olduğunu göstərir. Deputat qeyd edib ki, kənd təsərrüfatı həm ərzaq təminatı, həm də ərzaq təhlükəsizliyi baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və qlobal çağırışlar fonunda bu sahədə daha sistemli addımlara ehtiyac var.

V.Bayramov vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq yeni dövlət proqramı qəbul edilib. Proqramın əsas məqsədləri yerli istehsalın artırılması, qiymətlərin optimallaşdırılması, ixrac potensialının genişləndirilməsi və 2030-cu ilədək kənd təsərrüfatı məhsulları ixracının 6 milyard dollara çatdırılmasıdır.

Deputatın sözlərinə görə, prioritet istiqamətlər sırasında süni suvarma sistemlərinin tətbiqi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və yerli məhsul istehsalının artırılması yer alır. O bildirib ki, strateji məhsullar üzrə idxaldan asılılığın azaldılması ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından vacibdir.

V.Bayramov hesab edir ki, proqram fermerlərin daha yaxından dəstəklənməsinə, yerli istehsalın genişlənməsinə və nəticədə kənd təsərrüfatı məhsullarının qiymətlərində sabitliyin təmin olunmasına imkan yaradacaq. Bununla yanaşı, proqramın əsas hədəflərindən biri də kənd təsərrüfatı məhsullarının idxalından asılılığın minimuma endirilməsidir.

Afaq QURBANZADƏ

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək