Hadisə
Bakıda evdən qadın meyiti tapıldı
Xpress.az Redaksiyası
04.06.2026 16:59
Bakıda evdən meyit tapılıb.
Xpress.az xəbər verir ki, hadisə Yasamal rayonu, H.Cavid prospektindəki binalardan birində qeydə alınıb.
Belə ki, 84 yaşlı Nigar Əzizağa qızı Səlimovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.