Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Malların gömrük dəyəri manatla bəyan ediləcək
Malların gömrük dəyəri manatla bəyan ediləcək
İqtisadiyyat

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Xpress.az Redaksiyası 19.06.2026 13:47

Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb. Qanun layihəsinə əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilir, mövcud anlayışlar isə yenilənir, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilir.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid ediləcək. Dəyişikliklərlə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulur. Qanun layihəsində “gömrük brokeri” anlayışının “dolayı gömrük təmsilçisi” ilə əvəz olunması, bu fəaliyyət üçün lisenziya tələbinin ləğvi və müvafiq reyestr sisteminin yaradılması da əksini tapıb. Eyni zamanda, birbaşa gömrük təmsilçiliyinin tətbiqi genişləndirilir.

Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılır, daşıyıcıların dairəsi genişləndirilir və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulur. Dəyişikliklər həmçinin “Səlahiyyətli İqtisadi Operator” institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və “Yaşıl Dəhliz” sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir. Layihədə elektron ticarətin inkişafı nəzərə alınaraq sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi qaydaları da ayrıca tənzimlənir. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların müvəqqəti saxlanması ilə bağlı yeni normalar müəyyənləşdirilir.

Qanunun qəbulunun idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına, yükdaşımaların sürətlənməsinə, risklərin avtomatlaşdırılmış idarə edilməsinin təkmilləşdirilməsinə və xarici ticarətin daha da asanlaşdırılmasına xidmət edəcəyi bildirilir. Bundan əlavə, dəyişikliklərin gömrük nəzarəti və rəsmiləşdirilməsində şəffaflığın artırılmasına, vaxt itkisinin azaldılmasına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək