Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Sabiq nazir: “İnsanları əlavə xərc çəkməyə, gərgin...
Sabiq nazir: “İnsanları əlavə xərc çəkməyə, gərginlik yaşamağa məcbur edirlər” -
Ana səhifə

Sabiq nazir: “İnsanları əlavə xərc çəkməyə, gərginlik yaşamağa məcbur edirlər” - MÜSAHİBƏ + VİDEO

Xpress.az Redaksiyası 08.09.2026 10:42

“Elə bir vəziyyət yaranıb ki, imtahan suallarını cavablandırmaq üçün şagird dərsdən əlavə mütləq şəkildə xüsusi repetitor yanına hazırlığa getməlidir. Bununla məşğul olan ayrı bir qrupdur. Bundan başqa, imtahan verib müəyyən bal toplayan şəxs özü sərbəst şəkildə ixtisas seçimi edə bilmir. O, mütləq şəkildə başqa bir şəxsə və ya təhsil xidmətləri göstərən şirkətə müraciət etməli, müəyyən ödəniş müqabilində kodlaşdırma etməli, ixtisas seçməlidir. Bir adamdan 100-200 manat pul alırlar buna görə. Bu işlə məşğul olan da bir ayrı qrupdur. Baxın görün nə qədər mürəkkəbləşdiriblər prosesi. Halbuki bunu çox sadə etmək olar”.

Xpress.az xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov "Pozan Media"da yayımlanan “Yazılan və yozulan” verilişinin növbəti buraxılışında Seymur Elsevərə müsahibəsində bildirib.

Sabiq nazirin sözlərinə görə, elə mexanizm qurulmalıdır ki, şagird, abituriyent bunu asanlıqla edə bilsin, kimsəyə möhtac olmasın: “Təəssüf ki, əksinə olaraq, imtahan prosesini mürəkkəbləşdirib insanları əlavə xərc çəkməyə, gərginlik yaşamağa məcbur edirlər. Yaxud dövlət qulluğu imtahanını götürək. Bu imtahandan keçib sertifikat əldə edən insanı təkrar müsahibəyə, sorğu-suala cəlb etməyi düzgün saymıram. Mən nazir olduğum vaxt rəhbərlik etdiyim qurumda buna yol verməmişəm. Lakin indi insanlar dövlət qulluğuna qəbul olmaq üçün imtahan verirlər, sertifikat əldə edirlər, lakin 2-3 il gözləsələr də müvafiq qaydada iş tapa bilmir, dövlət qulluğuna qəbul ola bilmirlər. Onlara bildirilir ki, yer yoxdur. Fikrimcə, belə məsələlərdə humanist yanaşma tətbiq edilməlidir. Sanki insanları məqsədli şəkildə məcbur edirlər ki, narazı olsun, şikayətçi olsun və sair”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi -

08.09.2026 14:19 Ana səhifə

Tovuzda tarixi binalar baxımsızlıqdan dağılmaq üzrədir -

08.09.2026 12:56 Mədəniyyət

Birinciləri məktəbə NECƏ ÖYRƏŞDİRƏK? -

08.09.2026 12:29 Ana səhifə

Gənclər Evlərinin direktor və əməkdaşları üçün “Media Akademiyası” təşkil olunub

08.09.2026 12:17 Cəmiyyət

Messi və Ronaldu eyni komandada:

08.09.2026 12:14 İdman

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib -

08.09.2026 12:03 Texnologiya

“SOS” MMC-nin növbə rəisi həbs edildi -

08.09.2026 11:33 Gündəm

Sabiq nazir: “Ali məktəblərə qəbul asan olmalıdır” -

08.09.2026 11:26 Ana səhifə

Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər:

08.09.2026 11:18 Dünya

"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir

08.09.2026 11:15 Hadisə

“Erməni evində Azərbaycan işığı” xəbəri

08.09.2026 10:50 Ana səhifə

Sentyabrın 22-nə qədər pulu çoxalacaq beş

08.09.2026 10:11 Cəmiyyət

Bu xanımlara yüksək vəzifə verildi

08.09.2026 09:53 Gündəm

Misir Mərdanov: “Test suallarının böyük əksəriyyəti dolaşdırıcıdır” -

08.09.2026 09:48 Ana səhifə

Jurnalistlərin Həmrəylik Günü:

08.09.2026 09:35 Media

Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı

08.09.2026 09:14 Cəmiyyət

Sabiq nazir təhsil sistemindəki problemlərdən danışdı:

08.09.2026 09:00 Ana səhifə

“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq"

08.09.2026 08:18 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək