Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Sabiq nazir: “Ali məktəblərə qəbul asan olmalıdır”...
Sabiq nazir: “Ali məktəblərə qəbul asan olmalıdır” -
Ana səhifə

Sabiq nazir: “Ali məktəblərə qəbul asan olmalıdır” - MÜSAHİBƏ + VİDEO

Xpress.az Redaksiyası 08.09.2026 11:26

“Hazırda ali məktəblərə qəbul çox çətindir, amma məzun olmaq asandır. Əslində isə qəbul asanlaşdırılmalıdır, mütəxəssis hazırlığı prosesi çətinləşməlidir. Yəni, ali təhsil müəssisəsini bitirən şəxs öz sahəsi üzrə əsl peşəkar kadr olmalıdır”.

Xpress.az xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov "Pozan Media"da yayımlanan “Yazılan və yozulan” verilişinin növbəti buraxılışında Seymur Elsevərə müsahibəsində bildirib.

Sabiq nazirin qənaətincə, universitetin tələbə-məzuna verdiyi diplom elə səviyyədə olmalıdır ki, gələcəkdə harasa iş üçün müraciət edəndə həmin şəxsdən təkrar imtahan götürməsinlər: “Misal üçün, hazırda müəllimlərin işə qəbul (MİQ) imtahanları keçirilir. Əgər Dövlət İmtahan Komissiyası universiteti bitirən bir şəxsə müəllim ixtisası diplomu veribsə, onu təkrar MİQ imtahanına cəlb etmək nəyə lazımdır? Yaxşı olar ki, elə o MİQ imtahanı tələbə-məzuna diplom verilməzdən öncə ali təhsil müəssisəsində həyata keçirilsin”.

M.Mərdanov deyib ki, MİQ imtahanında verilən suallardan tələbənin heç bir məlumatı yoxdur: “Universiteti bitirmiş şəxsə həmin suallar yaddır. MİQ-də verilən suallarla bağlı elə universitetin özündə dərs keçilməlidir, tədris proqramında dəyişiklik edilməlidir. MİQ-dən dərs keçməyən bir tələbə bundan necə imtahan verməlidir? Halbuki, tələbə yekun imtahan verib diplom almaqla bütün proses yekunlaşmalıdır, əlavə MİQ imtahanına ehtiyac qalmamalıdır. Belə olmadığı üçün universiteti yüksək səviyyədə bitirmiş peşəkar kadrlar özəl təhsil müəssisələrində dərs keçməyə, işləməyə, yaxud da başqa sahələrdə çalışmağa üstünlük verirlər.

Sabiq nazir vurğulayıb ki, insanın qabiliyyətini müəyyənləşdirmək üçün 30 dəqiqə, yaxud 1 saat onunla söhbət etmək kifayət deyil: “Bizim qanunlarımızda, təhsilin satandartında qeyd olunur ki, təhsilimizin əsas vəzifəsi şəxsiyyət yetişdirməkdir. Bizim təhsilimiz şəxsiyyətyönümlü təhsil olmalıdır. Ancaq biz davamlı olaraq şagirdləri, tələbə-məzunları imtahanlara cəlb edirik. Bir insan ömrü boyu nə qədər imtahan verməlidir?”

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Albayrak” Qrupun Azərbaycandakı şirkətinə yeni təyinat

02.11.2026 14:59 Gündəm

“Kontakt Home”un “Nova Credit”i yenə

02.11.2026 14:32 İqtisadiyyat

Ceyranbatan gölündən meyit tapılıb?

02.11.2026 14:16 Cəmiyyət

Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

02.11.2026 12:49 Gündəm

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

02.11.2026 11:56 Cəmiyyət

Media və Yayım Şurası: Türkiyədə Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

02.11.2026 11:34 Media

Nazirlər Milli Məclisə çağırıldı -

02.11.2026 11:13 Cəmiyyət

Müəllim olmaq istəyənlərin diqqətinə –

02.11.2026 10:59 Təhsil

“Bir gecədə hər şeyimi itirdim...” – Könül Vəlibəylinin qızı

02.11.2026 09:35 Müsahibə

SOCAR-da yüksək vəzifələrə yeni təyinatlar olub

02.11.2026 09:29 İqtisadiyyat

Gülnaz Qənbərli xəstəxanaya yerləşdirilib

02.11.2026 08:34 Hadisə

Zöhrab Rzazadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni vəzifəyə təyin olunub

01.11.2026 19:15 İqtisadiyyat

"Azəriqaz" abunəçidən 3500 manata qədər borcu məhkəmə ilə alır

01.11.2026 18:53 Cəmiyyət

Azərbaycanda hər 100 qıza 113 oğlan düşür:

01.11.2026 18:23 Cəmiyyət

Noyabrın 2-si ilə bağlı

01.11.2026 17:38 Cəmiyyət

Türkiyə bankı Azərbaycanda 15 milyon manat borca girdi

01.11.2026 16:42 İqtisadiyyat

TEATR KÖHNƏLİB?

01.11.2026 15:38 Mədəniyyət

Kombilərlə bağlı yeni qayda:

01.11.2026 13:29 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək