Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət "I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” -
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” -
Mədəniyyət

"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” - Yeni kitab hazırlanıb

Xpress.az Redaksiyası 09.09.2026 17:40

Azərbaycan Türk Ocağı İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "l Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” layihəsinin müxtəlif istiqamətlərdə araşdırma və maarifləndirici işlər davam etdirilir.

Layihənin əsas məqsədi 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən l Bakı Türkoloji Qurultayı tarixinin arxiv sənədləri, dövrün mətbuat materialları, iştirakçıların xatirələri və elmi mənbələr əsasında araşdırılması, ictimaiyyətə və gələcək nəsillərə çatdırılmasıdır.

Layihə çərçivəsində hazırda qurultayın tarixi əhəmiyyətini əks etdirən videoçəkilişlər həyata keçirilir.

Layihənin digər mühüm istiqaməti isə "l Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” adlı kitabın hazırlanmasıdır. 200 səhifə həcmində nəzərdə tutulan kitabın elmi redaktoru AMEA - nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədlidir.

Kitabda Azərbaycanın müxtəlif dövlət arxivlərində qorunan və l Bakı Türkoloji Qurultayın tarixini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyan sənədlər ilk dəfə araşdırmaya cəlb edilir. Araşdırmada Azərbaycan Dövlət Tarix Arxivi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, həmçinin Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan sənədlərdən istifadə olunub.

Kitabda xüsusilə l Bakı Türkoloji Qurultayın təşkilində və keçirilməsində fəal iştirak etmiş maarifçi və türkoloq alim Fərhad Ağazadənin şəxsi fondunda qorunan sənədlərə geniş yer verilib. Bu materiallar qurultayın hazırlıq mərhələsi, təşkilati məsələləri və Azərbaycan ziyalılarının prosesdəki rolunu araşdırmaq baxımından mühüm mənbə xarakteri daşıyır.

Nəşrdə, həmçinin alman türkoloqu Teodor Menzelin 1926-cı ildə Bakı Türkoloji Qurultayı haqqında hazırlayıb Almaniyada çap etdirdiyi “Bakı 1926. Türkoloji Konqres” əsərindən bəzi hissələr Azərbaycan dilində ilk dəfə təqdim edilir. Bununla yanaşı, Əli bəy Hüseynzadənin 1926-cı ildə Bakıya səfəri, Türkoloji Qurultayla bağlı yol qeydləri və digər materialları da ilk dəfə Azərbaycan dilinə çevrilərək kitabda oxuculara təqdim olunur. Kitabda Türkiyə mətbuatında və mühacir nəşrlərdə dərc olunan məqalələr də yer alıb.

Kitabın diqqətçəkən mənbələrindən biri də Tatarıstan nümayəndə heyətinin tərkibində Qurultayda iştirak edən Əli Rəhimin əsəridir. Onun 1926-cı ildə Kırımda nəşr olunan və qurultayda müzakirə edilən məsələlərə həsr edilən əsərindən seçilmiş hissələr Azərbaycan dilinə tərcümə edilərək nəşrə daxil edilib.

Layihə çərçivəsində müxtəlif kütləvi informasiya vasitələrində, qəzetlərdə, xəbər saytlarında və elektron mediada l Bakı Türkoloji Qurultayın tarixi əhəmiyyəti haqqında maarifləndirici yazıların, materialların yayılması da nəzərdə tutulub.

Bu materiallarda qurultayın türk xalqlarının elmi-mədəni əlaqələrinin inkişafında rolu, əlifba məsələsi, maarifçilik, dil siyasəti, türk dillərinin öyrənilməsi və ortaq elmi-mədəni platformaların formalaşdırılması kimi məsələlərə diqqət yetirilir.

“l Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” layihəsi 1926-cı ildə Bakıda keçirilən bu mühüm elmi toplantının tarixinin yalnız keçmişin araşdırılması baxımından deyil, həm də türk dünyasının ortaq elmi-mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini göstərməyi qarşıya məqsəd qoyur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Almaniya 150 rusiyalı diplomatı ölkədən çıxarır

10.09.2026 15:31 Dünya

Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradılacaq

10.09.2026 14:45 Cəmiyyət

İlham Əliyev Azərbaycanın yəhudi icmasını

10.09.2026 14:32 Cəmiyyət

Qara dənizdə gəmi vurulub,

10.09.2026 13:23 Hadisə

Çindən Azərbaycana turist axını artıb

10.09.2026 13:04 Turizm

Dövlət Agentliyinə 7 ayda təbii inhisarçılarla bağlı 774 müraciət daxil olub

10.09.2026 12:44 İqtisadiyyat

Məsafədən idarə olunan pətəklər: Lənkəranda arıçılıqda yeni texnoloji mərhələdir

10.09.2026 12:40 Cəmiyyət

Bu il haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

10.09.2026 12:36 İqtisadiyyat

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında–

10.09.2026 12:20 Cəmiyyət

Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib -

10.09.2026 11:57 Mədəniyyət

AzInTelecom media nümayəndələri üçün təlim keçirib

10.09.2026 11:17 Cəmiyyət

Xəzər dənizində zəlzələ olub

10.09.2026 10:53 Hadisə

Qusarda toydan sonra dava düşüb:

10.09.2026 10:42 Hadisə

Azərbaycan beynəlxalq yardıma 400 milyon dollar yönəldib

10.09.2026 10:24 Siyasət

Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb

10.09.2026 09:45 Hadisə

Şəkidə kanat faciəsi ilə bağlı cinayət işi açıldı

10.09.2026 09:32 Hadisə

Azərbaycan neftinin qiyməti 113 dolları keçdi

10.09.2026 09:21 İqtisadiyyat

Tramp yenə İranı hədələdi

10.09.2026 09:11 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək