Tovuzda tarixi binalar baxımsızlıqdan dağılmaq üzrədir - FOTOLAR
Tovuzun Yuxarı Öysüzlü kəndində yerləşən tarixi bəy evi uçulub-dağılmaq üzrədir.
Xpress.az-ın sözügedən ünvanda olan əməkdaşı xəbər verir ki, sözügedən tikili - imarət Nəsib bəy və Usub bəy qardaşlarına məxsus olub.

Usub bəyin imarəti 1871-ci, Nəsib bəyin evi isə 1885-ci ildə inşa olunub. Qapı və divarlar hər iki tərəfdən zərif cilalı daşlarla üzlənib, yuxarı hissəni isə yüngül relyeflə haşiyələnən çatma tağbənd bəzəyir. Qapının yan tərəfində şir təsvirləri işlənib və xonça şəkilli daş üzərində isə kitabə həkk edilib. İgidlik və güc-qüvvət rəmzi olan şir şəkilləri darvazalara xüsusi görkəm verib. 
Kənd sakinləri deyirlər ki, hər iki evdən Gəncəçay səmtinə tunel var imiş. Binalar elə sənətkarlıqla tikilib ki, dövrün qovğalarından salamat çıxıb. Son vaxtlara kimi Nəsib bəyin imarətində məktəb yerləşib. Usub bəyin evindən isə əvvəl uşaq bağçası, sonra xəstəxana kimi istifadə edilib. İndi də bəzi otaqlarda həkim məntəqəsi yerləşir.
Hal-hazırda isə bu tarixi binalar baxımsızlıqdan dağılmaq üzrədir.


- MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!
Platformada qeydiyyatdan keçərək *ELM* promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə *8 sınaq və 240 sualdan ibarət X8 paketi cəmi 50 qəpiyə* təqdim olunur. Promokod: ELM
Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək: +994 10 526 82 79