Dünya
Almaniyada təyyarə qəzaya uğrayıb, heç kim sağ qalmayıb
Xpress.az Redaksiyası
14.09.2026 16:56
Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
"Report" "Welt"ə istinadən xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb.
Haynsberq rayon polisinin məlumatına görə, "Cessna" təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb.
Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.