Müəllimlər ikinci dəfə sertifikasiya ediləcək, tələblər artacaq
Yaxın vaxtlarda ikinci dəfə sertifikasiyaya cəlb ediləcək müəllimlərin qiymətləndirmə çərçivəsi hazırlanacaq.
Xpress.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ibtidai təhsil üzrə "Oxu" fənninə üstünlük veriləcək.
Nazir qeyd edib ki, zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq:
“Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”.
O əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.
- MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!
Platformada qeydiyyatdan keçərək *ELM* promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə *8 sınaq və 240 sualdan ibarət X8 paketi cəmi 50 qəpiyə* təqdim olunur. Promokod: ELM
Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək: +994 10 526 82 79