2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsi tikiləcək
Azərbaycanda 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsi tikiləcək.
Xpress.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, peşə təhsilinə qəbul 2021-ci illə müqayisədə 2 dəfə artıb:
"2021–2025/2026-cı illər ərzində peşə təhsilinə qəbul olan tələbələrin sayında 70 faiz artım qeydə alınıb. Peşə təhsilinə cəlb olunan qadınların payı isə 39 faiz təşkil edir. 2026–2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi və 2 müəssisənin əsaslı təmiri nəzərdə tutulur".
Nazir həmçinin bildirib ki, 2026–2027-ci tədris ilindən peşə təhsilində 4 yeni ixtisasın tətbiqinə başlanılacaq:
"Bunlar istixana operatoru, satınalmaların təşkili, geodeziya və kartoqrafiya, qida emalı texnologiyaları ixtisaslarıdır. Yeni ixtisaslar aqrar sektor, sənaye, logistika, tikinti və qida sənayesinin kadr tələbatının ödənilməsinə xidmət edəcək".
- MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!
Platformada qeydiyyatdan keçərək *ELM* promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə *8 sınaq və 240 sualdan ibarət X8 paketi cəmi 50 qəpiyə* təqdim olunur. Promokod: ELM
Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək: +994 10 526 82 79