Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan
Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan
İqtisadiyyat

Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar üzə çıxdı

Xpress.az Redaksiyası 16.09.2026 10:49

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik “rahatlıq planı” açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiya kapitalına əlçatanlıq kimi istiqamətlər daxildir. N.Cəfərli iddia edir ki, bu addımlar ilin sonuna qədər atılsa, ölkəmiz iqtisadi daralma burulğanından çıxa bilər.

İlin sonuna kimi bu cür böyük qərarların verilməsi mümkündür? Bunlar real təklifdir? Bir neçə aya dövlət eyni anda belə qərarlar verə bilərmi?

Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, quru sərhədlərin açılması texniki baxımdan mümkün olsa da, praktiki formada hazırda imkansızdır:

“Xüsusi karantin rejimi 1 oktyabr 2026-cı ilədək uzadılıb və bu müddətin yenidən uzadılması gözlənilir. Bunun bir neçə səbəbi var. Hesab edirəm ki, bölgədə stabillik, sülh və əmin-amanlıq tam bərpa olunana qədər bu proses davam edəcək. Uşaqpuluna gəlincə, bu, iqtisadi aktivliyə kifayət qədər müsbət təsir göstərə bilər. Lakin ölkə iqtisadiyyatının aktivləşdirilməsi, əlavə investisiyaların cəlb olunması təmin edilmədən, mövcud büdcə imkanları hesabına uşaqpulunun verilməsi və məbləğinin artırılması ciddi problemlərə səbəb olacaq. Bir neçə ay bu ödənişi həyata keçirmək mümkündür, lakin sonrakı mərhələdə büdcədə ciddi kəsirlər və problemlər yarana bilər”.

AQC sədri bildirib ki, uşaqpulunun verilməsi ilə bağlı qərar qəbul edilənədək müəyyən addımların atılması vacibdir:

“Dövlət qurumlarının birləşdirilməsi, onların xərclərinin azaldılması, regionlarda vahid idarəetmə sisteminin yaradılması, rayonlar üzrə inzibati bölgü sisteminin dəyişdirilməsi, vəzifələrin və paralel strukturların sayının azaldılması kimi tədbirlər görülməlidir. Azərbaycan ərazisi bu qədər çox rayonun saxlanılmasını zəruri edəcək qədər böyük deyil. Ölkə başçısı bu istiqamətdə kifayət qədər islahatçı addımlar atıb və bundan sonra da belə addımların atılacağı gözlənilir. Lakin bütün bu proseslərin ilin sonuna qədər yekunlaşdırılması mümkünsüzdür. KOB-lara güzəştlərə gəlincə, ƏDV üzrə məcburi qeydiyyat həddi hazırda 200 min manatdır. Kiçik və orta biznesin inkişafı üçün bunun 500 min manata qədər artırılmasını təklif etmişik. Vergi və kredit güzəştləri, yoxlama və inzibati prosedurlarla bağlı güzəştlər də iqtisadi aktivliyi artıra bilər”.

İqtisadçı qeyd edib ki, pensiya kapitalına əlçatanlıq məsələsi isə mübahisəlidir:

“Hesab edirəm ki, müəyyən hallarda vətəndaşlara pensiya kapitalından istifadə imkanı verilməsi məqsədəuyğundur. Məsələn, ilk dəfə ev alanlar və ya ciddi xəstəliyi olan şəxslər müalicə məqsədilə bu vəsaitdən istifadə edə bilərlər. Bundan əlavə, pensiya kapitalının ipoteka kreditləşməsində, ev alqı-satqısı zamanı ipoteka fonduna yönəldilməsi də müsbət nəticə verər.

Natiq Cəfərli çox ciddi iqtisadçılardan biridir. Lakin burada bir məqamı nəzərdən qaçırıb. Söhbət 500 mindən artıq evin sənədsiz olması məsələsindən gedir. Bu istiqamətdə addımlar atılaraq həmin evlər sənədləşdirilsə, onlar miras kimi ötürülə, alqı-satqı predmeti, ipoteka və kredit təminatı, qiymətləndirmə və sığorta obyekti ola bilər. Bu isə ölkədə ciddi iqtisadi aktivlik yarada bilər. Fikrimcə, ölkənin iqtisadi aktivliyini təmin etmək üçün beş addım kifayət deyil. Daha ciddi və kompleks proqram lazımdır. Həmin proqramı yaxın zamanda açıqlayacağıq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək