Dünya
İran yeni əməliyyat planı hazırlayıb
Xpress.az Redaksiyası
18.10.2026 13:33
İran ABŞ və İsrailə qarşı yeni plan hazırlayıb.
Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X" sosial şəbəkə hesabında yazıb.
"İranın silahlı qüvvələri yeni avantüraya qarşı 12 və 40 günlük müharibələrdən daha dağıdıcı plan hazırlayıb", - o bildirib.
Rezainin sözlərinə görə, ABŞ və İsrailin təhdid dolu bəyanatları mövcud reallığı dəyişməyəcək:
"İranın yeni əməliyyat planı onların öyrəşdiyi qaydalarla həyata keçirilməyəcək".