Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ermənilərə xəbərdarlıq:
Ermənilərə xəbərdarlıq:
Dünya

Ermənilərə xəbərdarlıq: Ölkəni tərk edin, dəhşətli hadisələr olacaq! – VİDEO

Xpress.az Redaksiyası 18.10.2026 19:25

“Bu gün Fransada baş verənlər tarix dərsliklərinə düşəcək. Kütləvi iğtişaşlar artıq üsyan, bəlkə də inqilab əlamətləri qazanır. Polis Paris, Lion, Tuluza və bir sıra digər şəhərlərin mərkəzi hissələrində nəzarəti, demək olar ki, itirib. Burada müxtəlif təbəqə və qrupların nümayəndələri – məktəblilər, tələbələr, müəllimlər, fermerlər və həmkarlar ittifaqları etiraz aksiyalarına çıxıblar. Polislə toqquşmalar, talan və qarətlər, yandırılan avtomobillər və binalar…”.

Globalinfo.az xəbər verir ki, bunu erməni tarixçi Armen Ayvazyan deyib.

O, Avropada yaşayan ermənilərə səslənib:

“2019-cu il yanvarın 12-də “Facebook”da etdiyim və “Avropadakı ermənilər gecikməməlidir: Vətənə qayıtmağın vaxtı indidir” adlandırdığım paylaşımı xatırlatmaq istəyirəm.

Həmin çağırışımda, xüsusilə, qeyd etmişdim:

“Qarşıdakı onillikdə Avropanın sabitliyi birdəfəlik sarsılacaq və beynəlxalq siyasi sistemdə silkələnmələrə səbəb olacaq. Avropa ölkələri bir-birinin ardınca ya ifrat sola, ya da ifrat sağa yönələcəklər. “Sarı jiletlilər” gələcək Yeni Avropanın ilk müjdəçiləri və Avropanın ultraliberalizminin məzarqazanlarıdır. Bütün bunların Avropa ölkələrində yaşayan ermənilər üçün nəticələri gözlənilməz ola bilər. Buna görə də Avropada, xüsusilə Fransada yaşayan ermənilər (hələ tam assimilyasiyaya uğramayanlar) gecikməməlidirlər: Vətənə qayıtmağın vaxtı indidir”.

Həmin paylaşımın altındakı şərhlərdən birində də vurğulamışdım:

“Avropanın sabitlik günləri sayılıdır. Bəlkə də bir neçə il… Bundan sonra isə gözlənilməz təlatümlər baş verəcək”.

Armen Ayvazyan qeyd edib ki, bu gün baş verən hadisələrin son nəticəsinin necə olacağı hələ bəlli deyil:

“Lakin bir məsələ artıq aydındır: Avropa dərin sosial və siyasi sarsıntılar dövrünə qədəm qoyur. Ermənilər bu dəyişikliklərə əvvəlcədən hazır olmalıdırlar – hələ öz seçimlərini etmək üçün vaxt və imkanları olduğu halda. Buna görə də çağırışımı təkrarlayıram: indi ölkəyə qayıtmağın vaxtıdır!”.

Qeyd edək ki, Fransada son günlər müxtəlif sosial qrupların iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilir. Etirazlar zamanı polislə toqquşmalar baş verir, avtomobillər və binalar yandırılır, bəzi ərazilərdə talan və qarət halları qeydə alınır. Vəziyyət bir sıra şəhərlərdə asayişin qorunması ilə bağlı ciddi çətinliklər yaradıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək