Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıda 30-a yaxın yaşayış binası söküləcək
Bakıda 30-a yaxın yaşayış binası söküləcək
Cəmiyyət

Bakıda 30-a yaxın yaşayış binası söküləcək - VİDEO

Xpress.az Redaksiyası 18.10.2026 15:01

Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Xpress.az  xəbər verir ki, bu barədə Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlayıb.

Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək.

Sədr əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq.

Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək