Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Yük maşınının zəvvarları vurdu -
Yük maşınının zəvvarları vurdu -
Dünya

Yük maşınının zəvvarları vurdu - 15 nəfər öldü

Xpress.az Redaksiyası 18.10.2026 14:29

Hindistanın Madhya-Pradeş ştatında yük maşınının zəvvarların üzərinə çırpılması nəticəsində 15 nəfər həyatını itirib.

Bu barədə yerli NDTV telekanalı polisə istinadən xəbər verib.

Sürücü eniş zamanı idarəetməni itirib. Çoxtonnajlı yük maşını bir neçə maneəni dağıdaraq insanların üzərinə aşıb. Hadisənin şahidi jurnalistlərə bildirib ki, avtomobilin əyləcləri sıradan çıxıb.

Polisin məlumatına görə, 50-dən çox insan yük maşınının təkərləri və kuzovu altında qalıb.

Sürücü və yük maşınının sahibi saxlanılıb. Məlum olub ki, karvanda iki yük maşını hərəkət edib. Sürücülər yolu tanımadıqları üçün "Google Maps" vasitəsilə istiqamət tapıblar. Birinci yük maşını yamacda dayanıb, ikinci maşın isə idarəetmədən çıxaraq aşağıya doğru hərəkət edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək