Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Biznes TV COP31-i beynəlxalq akkreditasiyalı media...
Biznes TV COP31-i beynəlxalq akkreditasiyalı media qurumu kimi işıqlandırıb
Gündəm

Biznes TV COP31-i beynəlxalq akkreditasiyalı media qurumu kimi işıqlandırıb

Xpress.az Redaksiyası 24.11.2026 17:15

Azərbaycanın sektoral televiziyası “Biznes TV” Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Tərəflər Konfransında (COP31) rəsmi akkreditasiyadan keçmiş media qurumu kimi qatılıb.

Xpress.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyi tərəfindən media akkreditasiyası əldə edən “Biznes TV” beş gün ərzində konfransın həm “Mavi”, həm də “Yaşıl” zonasında fəaliyyət göstərərək xəbərlər, müsahibələr, reportajlar və xüsusi buraxılışlar hazırlayıb.

Televiziyanın COP31 çərçivəsindəki redaksiya fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan pavilyonunun işıqlandırılması olub. Azərbaycanın beynəlxalq iqlim gündəliyindəki mövqeyi, ölkəmizin ekoloji təşəbbüsləri, yaşıl iqtisadiyyata keçid istiqamətində görülən işlər və COP29-dan COP31-ə qədər davam edən proseslər diqqət mərkəzində saxlanılıb.

Biznes TV konfransın gündəliyini işıqlandırmaqla kifayətlənməyərək müxtəlif ölkələrin pavilyonlarından xüsusi buraxılışlar da hazırlayıb. Türkiyə, Özbəkistan, Çin, Oman və Malayziya pavilyonlarına həsr olunan reportajlarda həmin ölkələrin iqlim təşəbbüsləri, dayanıqlı inkişaf strategiyaları, yaşıl enerji həlləri, eləcə də milli-mədəni irsi və özünəməxsus ənənələri tamaşaçılara təqdim edilib.

Biznes TV-nin COP31-də iştirakının əsas məqsədi qlobal iqlim gündəliyini biznes və iqtisadiyyat prizmasından işıqlandırmaq, beynəlxalq təcrübəni Azərbaycan sahibkarlarına çatdırmaq, yaşıl iqtisadiyyatın yaratdığı yeni biznes və investisiya imkanlarına diqqət çəkmək olub.

Sektoral media qurumu olaraq Biznes TV iqlim dəyişmələrini yalnız ekoloji məsələ kimi deyil, həm də dünya iqtisadiyyatının, investisiya siyasətinin və sahibkarlığın gələcəyini formalaşdıran mühüm amillərdən biri kimi qiymətləndirir. 

Bu baxımdan, beynəlxalq platformalarda iştirak, qlobal iqtisadi tendensiyaların yerindən işıqlandırılması və qabaqcıl təcrübənin yerli biznes ictimaiyyətinə çatdırılması televiziyanın strateji fəaliyyət istiqamətlərindəndir.

COP31 çərçivəsində hazırlanan materiallar Biznes TV-nin efir və rəqəmsal platformalarında yayımlanır. Tamaşaçılar reportajları, müsahibələri və xüsusi buraxılışları televiziyanın rəsmi YouTube kanalında yaradılmış “COP31” pleylistindən izləyə bilərlər. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakı Uşaq və Gənclər Teatrı teatrı olmayan bölgələrə səfər edir-layihə ilk Sabirabadda baş tutub-

24.11.2026 16:34 Mədəniyyət

Hacı Nuranın səhhəti pisləşib, Almaniyadadır

24.11.2026 15:46 Gündəm

COP31-in nəticələri: Yaşıl gələcək naminə real addımlar vacibdir

24.11.2026 14:46 Cəmiyyət

Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir -

24.11.2026 13:55 Ana səhifə

Keçmiş müdirim qızımın görüntülərini yayıb

24.11.2026 13:50 Hadisə

Saxta pulların üzərindəki bu yazını gizlədirlər

24.11.2026 13:28 Cəmiyyət

Mayası 2 manatdır, 6-ya satılır — Səbəb nədir?

24.11.2026 13:06 Cəmiyyət

Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib -

24.11.2026 12:12 Ana səhifə

2026-cı ilin ən maraqlı elmi kəşfləri:

24.11.2026 12:07 Cəmiyyət

WhatsApp-da istifadəçilərin çoxunun bilmədiyi

24.11.2026 11:36 Texnologiya

İşəgötürən işçini bayram günlərində işləməyə məcbur edə bilərmi?

24.11.2026 11:33 Cəmiyyət

Qış aylarında elektrik enerjisi və qaz sərfiyyatını necə azaltmaq olar?

24.11.2026 10:59 Cəmiyyət

Məleykə Abbaszadə rektor təyin olunduğu

24.11.2026 10:41 Ana səhifə

Respublika Pediatriya Mərkəzinə 94 min manata nə alınır?

24.11.2026 10:36 Sağlamlıq

Nikahdankənar sevgili ilə münasibət:

24.11.2026 10:09 Ana səhifə

TURKEDU Azərbaycan və İstanbul Ticarət Universitetinin birgə təşkil etdiyi sertifikat proqramı uğurla başa çatıb

24.11.2026 09:53 Təhsil

“Sədərək” və “Binə”də nə baş verir?

24.11.2026 09:37 Cəmiyyət

“Kapital Bank”ın müştərisi bank əməkdaşının davranışından şikayət edib

24.11.2026 09:30 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək