Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Niyə ana ilə çox isti münasibətlər uşağa zərər ver...
Niyə ana ilə çox isti münasibətlər uşağa zərər verə bilər?
Cəmiyyət

Niyə ana ilə çox isti münasibətlər uşağa zərər verə bilər?

Xpress.az Redaksiyası 20.10.2025 14:26

Valideyn və uşaq arasında həddindən artıq isti, demək olar ki, “dostluq” səviyyəsində münasibətlər uşağın psixikasına zərər verə bilər.

Bu barədə psixoloq Cenna Ryu Mirror nəşrinə müsahibəsində xəbərdarlıq edib. Onun sözlərinə görə, səmimi ünsiyyət və etibar yaxşıdır, lakin bəzən bu yaxınlıq həddi keçir və uşaq ailədə böyüyün rolunu oynamağa başlayır.

Parantifikasiya nədir?

Psixologiyada bu hal parantifikasiya adlanır uşaq erkən yaşdan emosional və ya məişət məsuliyyətlərini öz üzərinə götürməyə məcbur qalır.

“O, ana üçün şəxsi psixoterapevt, emosional dayaq və hətta ailə münaqişələrində vasitəçi olur. Bəzən uşaq yaşına uyğun olmayan məsələlərlə məsələn, hesabların ödənişi və ya borc problemlərinin həlli ilə məşğul olur".

Psixoloqların xəbərdarlığı

Klinik psixoloq Robin Kozlovits əlavə edir ki, parantifikasiya mağazaya birgə getmək və ya manikür kimi əyləncəli fəaliyyətlər deyil, uşağın valideynin ehtiyaclarını öz ehtiyaclarından üstün tutmaq məcburiyyətində qalmasıdır.

“Ana və uşaq arasında yaxın münasibətlər və dostluq normaldır, amma uşaqlardan böyüklər üçün emosional dayaq rolunu yerinə yetirmələrini gözləmək düzgün deyil".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək