Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Nobel mükafatı və rəqabətli mühitdə formalaşan “ya...
Nobel mükafatı və rəqabətli mühitdə formalaşan “yaradıcı dağıntı”
İqtisadiyyat

Nobel mükafatı və rəqabətli mühitdə formalaşan “yaradıcı dağıntı”

Xpress.az Redaksiyası 14.10.2025 08:37

Bu il İqtisadiyyat üzrə Nobel mükafatı innovasiyaya əsaslanan iqtisadi artım və “yaradıcı dağıntı” nəzəriyyəsini elmi şəkildə izah etdiklərinə görə Joel Mokyr, Philippe Aghion və Peter Howitt-ə təqdim olunub.
Alimlərin nəzəriyyəsinə görə, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi innovativ düşüncə, rəqabət və azad sahibkarlığın birgə təsiri ilə formalaşan “yaradıcı dağıntı” prosesidir. Bu prosesdə yeni ideyalar köhnə iqtisadi modelləri sıradan çıxarır, sahibkarlıq fəaliyyəti yaranan boşluğu daha səmərəli və effektiv mexanizmlərlə doldurur, rəqabət isə bu dəyişimin davamlılığını təmin edir.
İqtisadçı-ekspert Eldəniz Əmirov Xpress.az-a açıqlamasında bildirib ki, bu nəzəriyyə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyət daşıyır:
“Son bir ildə dəfələrlə qeyd etmişəm ki, davamlı iqtisadi yüksəlişin ən etibarlı yolu məhz rəqabətli mühitdə formalaşan sahibkar fəallığı və innovativ yanaşmalardır. Nobel Komitəsinin bu ilki seçimi bir daha göstərir ki, inkişaf köhnə sistemləri qorumaqla deyil, yeniliyə açıq, azad sahibkarlığın təşviq olunduğu mühitdə mümkündür.”
Əmirovun sözlərinə görə, “yaradıcı dağıntı” anlayışı qlobal iqtisadi sistemin əsas mahiyyətini açır — köhnəni dəyişmək qorxu deyil, inkişaf üçün fürsətdir.
Beləliklə, iqtisadi tərəqqi üçün əsas şərt yalnız resurs və kapital deyil, həm də azad düşüncə, innovasiya və rəqabətin harmoniyasından ibarətdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək