Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keç...
Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib
Cəmiyyət

Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib

Xpress.az Redaksiyası 13.10.2025 16:17

Oktyabrın 13-də Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib.

Xpress.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq “Mənəvi dəyərlər” gününün məhz Qarabağ Universitetində keçirilməsinin rəmzi və strateji önəm daşıdığını bildirib. Gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsinin Universitetin qarşısına əsas vəzifə kimi qoyulduğunu vurğulayıb. Bu cür layihələrin gənc nəslin milli kimlik şüurunun möhkəmləndirilməsinə, ailə dəyərlərinin, tarixi irsimizin, o cümlədən Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və mənəvi irsinin təbliğinə töhfə verdiyini qeyd edib. Rektor bu qəbildən olan tədbirlərin ardıcıl xarakter daşımasının vacibliyini bildirərək “Mənəvi dəyərlər” həftəsi çərçivəsində reallaşan əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə inamını ifadə edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Zəfərimizin 5 illiyi münasibəti ilə “Mənəvi dəyərlər” həftəsinin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, “Böyük qayıdış” proqramı haqqında ətraflı məlumat verən E.Yusubov bildirib ki, bu gün Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə təkcə dağıdılmış infrastrukturu deyil, insanlarımızın qəlbindəki inancı, mərhəməti və birliyi də bərpa edilir. Mədəni və mənəvi irsimizin qorunmasına istiqamətlənmiş dövlət siyasəti çərçivəsində Qarabağda məscidlər, kilsələr, ziyarətgahlar, mərkəzlər və təhsil ocaqları bərpa olunur, yenidən qurulur. Elçin Yusubov qeyd edib ki, Qarabağda mənəvi dəyərlərin dirçəlişi bütövlükdə Azərbaycanın dirçəlişidir. Bu dəyərləri yaşatmaq tarix və gələcək nəsillər qarşısında borcumuzdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmunu olduğunu bildirib. Bu prosesin xalqımızın onilliklər ərzində qırılmış qürurunun bərpası olduğunu qeyd edən Komitə sədri deyib ki, Qarabağ Universitetinin yaradılması tarixin yeni bir dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir. Qəhrəmanlarımızın uğrunda canlarından keçdiyi ideyaların yeni təhsil ocaqları, mədəniyyət nümunələrinin yaradılması ilə əbədiləşdirildiyini bildirən Ramin Məmmədov vurğulayıb ki, elm və mənəviyyat yenidənqurmanın iki əsas sütunudur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyindəki qurumların da əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq, inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir. 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında Qarabağın elmi, dini-mənəvi irsinin qorunması və yeni nəslə aşılanmasının vacibliyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun  tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun öz fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirdiyini bildirib. Mənəvi Dəyərlərin Təbliği Fondunun İnstitutun yüksək elmi göstəriciləri olan tələbələri üçün ayırdığı mükafatlardan ikisinin məhz Qarabağın elmi-mənəvi tarixi ilə bağlı olduğunu vurğulayıb. A.Şirinov həmçinin, Qarabağ Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilib.

Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfov “Qarabağın təhsil tarixi və Qarabağ Universiteti təhsilimizin yeni mərhələsi kimi” mövzusunda çıxış edib. O, Qarabağda təhsilin tarixi köklərindən, işğal dövründə itirilən mənəvi və elmi potensialdan, eyni zamanda Qarabağ Universitetinin bu boşluğu doldurmaqda oynadığı roldan danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov isə “Mənəvi dəyərlər: fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” mövzusunda mühazirə ilə çıxış edib. Məruzədə fərdi inkişafda mənəvi prinsiplərin rolu və onların cəmiyyət həyatında təsirləri təhlil olunub.

Tədbir tələbələr və müəllimlərin iştirakı ilə bədii proqramla davam edib. Konsertdə Azərbaycan musiqi mədəniyyətinin klassik və xalq irsini əhatə edən ifalarla yanaşı, dünya musiqi nümunələrindən də parçalar səsləndirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək