Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Qazanacam"deyərək 26 qələm uddu-
"Qazanacam"deyərək 26 qələm uddu-
Cəmiyyət

"Qazanacam"deyərək 26 qələm uddu- AĞILSIZ MƏRC- FOTO

Xpress.az Redaksiyası 15.10.2025 21:59

Qazaxıstanda 38 yaşlı Çimkent sakini dostu ilə etdiyi mərci qazanmaq üçün həyatını təhlükəyə ataraq tam 26 qələmi udub. Qeyri-adi hadisə nəticəsində kişi güclü mədə və bağırsaq ağrıları hiss etdikdən sonra təcili şəkildə xəstəxanaya müraciət edib.

Xpress.az Informburo.kz portalına istinadən xəbər verir ki, xəstə dərhal tibbi müayinəyə cəlb olunub və həkimlər mədəsində yad cisimlərin olduğunu aşkar ediblər. İki saat davam edən endoskopik əməliyyat nəticəsində bütün qələmlər cərrahi müdaxiləsiz, yəni kəsiksiz şəkildə çıxarılıb.

Həkimlər hadisənin ağırlığına baxmayaraq, müdaxilənin uğurla nəticələndiyini bildiriblər. Xəstənin vəziyyəti hazırda qənaətbəxşdir və o, müalicədən sonra evə buraxılıb.

Mütəxəssislər belə halların həyati təhlükə daşıdığını və oxşar hərəkətlərin ciddi fəsadlara səbəb ola biləcəyini xatırladır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək