Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək istəyib -
Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək istəyib -
Cəmiyyət

Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək istəyib - İTTİHAM

Xpress.az Redaksiyası 15.10.2025 05:07

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.

Həbs barədə yeni təfərrüat açıqlanıb.

DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək